Cenevrədə Rusiya və ABŞ-ın bu gün ki, danışıqlarında Lavrovun və Blinkenin görüşünün növbəti dəfə uğursuz başa çatması bu iki dünya nəhənginin real müharibə edəcəyi ssenarisinin mümkünlüyünə ehtimalını artırmış göstərir. Əslində isə belə bir qənaət yanlış və əsasızdır.
Bu
qarşıdurmanın səbəbi Putinin SSRİ-nin bərpa arzusu kimi görünsə də, əsl həqiqətdə
Rusiya özünün parçalanma qorxusu perspektivi baxımından prosesi əngəlləmək
istəyir. Proseslərə SSRİ -nin bərpası istəyi kimi görüntünün verilməsi
Rusiyanın öz marağındadır ki, Rusiyanın parçalanma ehtimalı əsas mövzu kimi
gündəmdə olmasın və Rusiya hələ də güclü olduğunu göstərmək istəyi ilə fikir və
hədəfi özünün parçalanma mümkünlüyünə diqqəti yayındırır. Fikrimi düzgün izah
etmək üçün əvvəla qeyd edim ki, SSRİ-nin bu və ya digər formada bərpası
mümkünsüzdür, istər Putin istər kim olsa da "ölünün dirilməsi"
mümkün deyil. Ukrayna ətrafında ABŞ və Rusiya qarşıdurmasının gərginləşməsində
Qərb əsas istədiyini əldə edib, iki qardaş xalq geri dönməz şəkildə düşmən olub
və bu düşmənçilik artıq Ukrayna xalqının şüur altı yaddaşına çevrilib. Bu arada
Zbiqnev Bzejinskinin dediyi o məşhur
kəlməni yada salsaq yaxşı olar: “Rusiya və Rusiya imperiyası Ukraynasız mövcud
ola bilməz”. Bu baxımdan ABŞ Rusiyaya qarşı hədəfini düzgün seçməsi şübhəsizdir,
Rusiya Ukraynanı özünün qırmızı xətti
elan etməsi isə Bzejinski tezisinin təsdiqi deməkdir.
Rusiya dövlətinin
tarix boyu mahiyyəti güc və işğalçılıq anlayışından ibarət olsa da, indi
Rusiyanın özü bir piroq kimi bölünmək təhlükəsi ilə üz-üzədir. Rusiya siyasi
elitası bu təhlükəni publik səsləndirə
bilmir ona görə ki, təhlükənin açıq səsləndirilməsi Rusiya daxili
parçalanmasının sürətlənməsinə psixoloji təsiri şübhəsizdir. Əslində Rusiyanın
Qazaxıstan əməliyyatı da Rusiyanın güclü olmasını göstərmək və daxili
parçalanma təhlükəsi ehtimalının sıfıra bərabər olduğunu sübut etmək idi.
Bu gün
Rusiyanın istəyi ilə baş tutmuş Cenevrə görüşündə Rusiya əli boş qayıdacağını
qabaqcadan bildiyini elan etdiyi halda, Lavrovun dili ilə desək görüşə yaxşı əhvalla getməsi onu göstərir ki,
Rusiya o durumdadır ki, Kreml SSRİ, SSRİ desə də öz bütövlüyünün həyəcanını
yaşayır. Bu gün ki, görüşdən dərhal sonra ABŞ 2-ci dünya müharibəsi zamanı
istifadə etdiyi gedişi ilk dəfə tətbiq edəcəyini elan etdi daha doğrusu, ABŞ Ukraynaya hərbi yardımını “lendviza” üsulu
ilə həyata keçirəcəyini yəni, Bayden administrasiyası müvafiq orqanlardan razılıq
almadan, məhdudiyyətsiz Ukraynaya geniş hərbi yardımı çevik şəkildə həyata
keçirəcək.
Digər tərəfdən
ABŞ Rusiyaya qarşı yeni və geniş sanksiyalarını tətbiq edəcəyini bildirdi.
ABŞ və Rusiya
arasında Ukrayna böhranını “Karib böhranı” ilə uyğunlaşdırmaq da düzgün yanaşma
deyil, çünki ABŞ Rusiyaya öz əli ildə deyil Ukrayna əli ilə daha doğrusu
Ukrayna kartı ilə zərbə endirir. Rusiya isə ABŞ-a təsir edə bilən nə hərbi gücə,
nədə mövqeyə malik deyil. Rusiya dünya diktator rejimlərinə dəstəyi ilə
(Suriya, Venesuela, Belorusiya və sair), işğalçılıq (Moldova, Gürcüstan,
Ukrayna) siyasəti ilə və daxildə apardığı milli boğucu siyasəti (milli muxtar
regionların dövlətçilik əlamətlərinin, idarə üsulunun ləğvi, Rusiya Konstitusiyasına
son əlavələr) ilə özünü indiki vəziyyətə
salıb, dalana dirənib və ABŞ-ın daha doğrusu Qərb dünyasının işini asanlaşdırıb.
Görünəndə
odur ki, ABŞ Ukrayna istiqamətində özünü arxayın vəziyyətdə aparır, heç bir güzəştə
getmir, Rusiya isə ABŞ-dan özünə təhlükəsizlik qarantiyasını ala bilmir. Bu isə
o deməkdir ki, bundan sonra da mümkün danışıqların heç bir əhəmiyyəti olmayacaq
və Rusiya iki yol ayrıcında qalaraq Putin
hakimiyyətinə son verəcək və demokratikləşəcək yada ki, SSRİ-nin aqibətini
yaşayacaq. Bu isə artıq mülahizə yox
tarixi və siyasi reallıqdır.
Vüqar Dadaşov
MCP SŞ-nın
üzvü, hüquqşünas
Комментариев нет:
Отправить комментарий