Qazaxıstan prezidenti Tokayev bu gün çıxış edərək ölkəsinə çağırdığı KTMT-nın sülhməramlılarının iki gündən sonra 10 gün müddətinə ölkəni tərk edəcəyini elan etdi və artıq Putinin Qazaxıstan əməliyyatının əsas məqsədi barədə inamla danışmaq olar.
Əvvəla qeyd
etmək lazımdır ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən
varis kimi, əslində isə formal bir fiqur olaraq Qazaxıstan prezident kürsüsünə
gətirilmiş Qasım-Jomart Tokayevin şəxsi bioqrafiyası açıq şəkildə və şübhəsiz
onu təsdiq edir ki, indiki Qazaxıstan prezidenti Tokayev tamamilə Rusiyanın öz kadrıdır və hal-hazırda
da keçmiş KQB indiki Rusiya Federal Təhlükəsizliyinin
Xidmətinin əməkdaşı olaraq fəaliyyətdədir. Bildiyimiz ki, SSRİ dönəmində xarici
səfirlilərdə əmək fəaliyyəti göstərənlər KQB əməkdaşları olub və təbii ki, bir
sıra ölkələrdə SSRİ-nin səfiri kimi işləmiş Tokayev də sıradan KQB əməkdaşıdır həm də, yüksək ranqlı.
Təkcə bir fakt onu deməyə tam əsas verir ki, hal-hazırda da Qasım-Jomart Tokayevin şəxsi və onun əmlakı barədə
məlumatlar Rusiya Federal Təhlükəsizliyi Xidməti tərəfindən “məxfi” qrifi
altında gizlədilir. Diqqət edək ki, Rusiya ancaq öz xüsusi xidmət orqanlarının
fəaliyyətdə olan əməkdaşları haqqında belə tədbirlər görür.
Sözsüz ki,
Qazaxıstan əməliyyatı Putin-Tokayev planı üzrə həyata keçirilib, daha doğrusu
Tokayev Kremldən onun üçün ayrılmış rolu məharətcəsinə oynadı və Rusiya
qarşısına qoyduğu məqsədlərin ilkin nəticələrini əldə edə bildi. Rusiya müdaxiləsi
nəticəsində Nursultan Nazarbayevə loyal Nazirlər kabineti istefaya getdi,
Qazaxıstan müstəqilliyinin simvolu Nursultan Nazarbayev özü faktiki ölkə idarəçiliyindən
yəni, “Elbası” mövqeyindən məhrum edildi, ölkənin Təhlükəsizlik Şurasının sədri
vəzifəsindən kənarlaşdırıldı. Tokayev vəzifələrə özünə və Rusiyaya yaxın şəxsləri,
ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsinə isə özünü təyin etdi. Qısası
Qazaxıstanda Nursultan Nazarbayev dövrü bağlandı. Əslində Qazaxıstanda baş verənlər
öz əlamətləri ilə dövlət çevrilişidir, əmması isə ondadır ki, Tokayev formal olsa da dövlət başçısı idi və
bu baxımdan Tokayevi dövlətə xəyanətdə, dövlət çevrilişində ittiham etmək
mümkün deyil. Ancaq fakt faktlığında qalır – Qazaxıstanda Nursultan
Nazarbayevin hakimiyyətinə son verildi.
Qazaxıstan əməliyyatı Rusiya üçün bir neçə aspektdən uğurlu oldu, ilk
növbədə türk dünyasının ağsaqqalı, Turançılıq ideyasının əvəzsiz liderlindən
olan, Qazaxıstanın müstəqillik simvolu və ilk prezidenti Nursultan Nazarbayev “zərərsizləşdirildi”
və Rusiyaya tam loyal Tokayev hakimiyyəti
möhkəmləndirildi. Qazaxıstanda Rusiyanın
keçirdiyi faktiki dövlət çevrilişi Rusiyanın əsas üç məqsədinə xidmət edirdi:
SSRİ arzusu, Turançılıq ideyasının zəiflədilməsi və Talibana qarşı ön səngərin
yaradılması.
Bu əməliyyatda
Rusiyanın əsas məqsədlərdən biri də, Jenevada ABŞ-Rusiya danışıqlarında Rusiyanın
siyasi mövqeyini gücləndirmək və ABŞ başda olmaqla NATO-dan 6-cı dəfə genişlənməyəcəyi
barədə öhdəliyini əldə etmək idi. ABŞ-Rusiya görüşü öncəsi Qazaxıstan əməliyyatı
baş tutdu, ABŞ-Rusiya danışıqları bitdikdən sonra KTMT-nin sülhməramlılarının
Qazaxıstandan iki günə çıxacağı elan edildi. Əvvəla Rusiya Qazaxıstan əməliyyatı
ilə ABŞ-Rusiya danışıqlarında NATO-nun genişlənməməsi və NATO-dan keçmiş SSRİ
respublikalarına fəaliyyəti barədə heç bir öhdəlik əldə edə bilmədi əksinə,
Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi anonsu verildi. Digər tərəfdən isə
Rusiya Tokayevin dili ilə Qazaxıstandan öz ordusunu çıxaracağını elan
etdi. Düzdür Rusiya keçmiş SSRİ
respublikalarına açıq hədəsini göstərdi və Qazaxıstanda Rusiya fiqurunun vahid
hakimiyyətini təmin etdi, Turançılıq ideyasına az da olsa şübhələr yarada
bildi.
Ancaq Rusiya
Qazaxıstanda qalacağı halda böyük çətinliklərlə üzləşəcəyini və axır hesabla
Orta Asiyada mövcudluğunu tam itirəcək təhlükəsi ilə üzləşdi. İlk növbədə
Tokayev Qazaxıstana rus qoşunlarını dəvət etdiyi üçün Qazaxıstan ziyalıları və
cəmiyyəti tərəfindən xain elan edildi, bu halda da Tokayev hakimiyyətini itirmək
və hakimiyyətə millətçilərin gələcəyi ehtimalı artdı. Tokayevin dili ilə
Rusiyanın Qazaxıstandan ordusunu çıxaracağını bəyan etməsi əslində, Qazaxıstanı
tam itirməmək istəyindən irəli gəlir və Rusiya fiquru Tokayevi hakimiyyətdə
saxlamaq cəhdidir. Rusiyanın belə bir qərar verməsinə səbəb həm də, Orta
Asiyanın digər türk dövlətlərində Rusiya qarşı ssenarinin arzu olunmaz istiqamətdə
inkişafı oldu. Bəziləri KTMT-dən çıxmaq qərarı verəcəkləri ilə Rusiyanı çətin vəziyyətə
saldı. Qazaxıstan əməliyyatında Türkiyənin səbirli davranması faktı ehtimal
yaradır ki, Rusiya prezidenti Türkiyə prezidenti ilə danışıqları olub və Putin
Qazaxıstandan çıxacağını Ərdoğana bildirib, güman edirəm ki, məhz bu səbəbdən də
Türkiyə Qazaxıstanda Rusiya əməliyyatlarına qarşı kəskin reaksiya vermədi.
O ki,
Qazaxıstan əməliyyatında Rusiyanın hərbi operativliyinə, bu əməliyyatın belə
çevik həyata keçirilməsi özü özlüyündə böyük şübhələr yaradır yəni ki, Qazaxıstanda
baş verənlər əvvəlcədən ssenari üzrə planlı şəkildə təşkil edilib və plana
müvafiq olaraq ordu da bu gedişə hazırlanıb və bu çeviklik ona görədir. Ancaq
Rusiya istədiyi nəticəni əldə edə bilmədi, əksinə özünün Orta Asiyada türk dövlətlərində
müəyyən mövqeyini sarsıtmış oldu, keçmiş SSRİ dövlətlərinin də silkələdi. Məlumdur
ki, Qazaxıstanda məlum hadisələrdən sonra Tokayevin əldə etdiyi mütləq hakimiyyəti
müvəqqəti formaya düşdü. Sözsüz ki, Nursultan Nazarbayev tərəfdarları, millətçilər
Tokayevin hakimiyyətini uğursuz edəcək. Bütün bunlardan sonra Rusiya udan və ya
uduzan tərəf olması göz qabağındadır.
Vüqar
Dadaşov
Hüquqşünas,
MCP SŞ-nın üzvü
Комментариев нет:
Отправить комментарий