Поиск по этому сайту
пятница, 28 января 2022 г.
Mühafizə zonalarında tikilmiş evlərin sökülməsinə görə kompensasiya ödənilə bilərmi? Məsuliyyət kimin üzərinə düşür?
Yüksək gərginlikli elektrik xətlərinin, neft və qaz kəmərlərinin
mühafizə zonasında tikilən evlərin sökülməsi ilə bağlı və o cümlədən tikilinin
sökülməsinə görə kompensasiyanın ödənilməsinin mümkünlüyü haqqında narahatedici vəziyyət və qeyri müəyyənlik
var. Həmin mühafizə zonalarında tikililərin daşınmaz əmlak kimi qeydiyyatı və
kommunal xidmətlərlə təchizatında da həllini gözləyən problemlər də mövcuddur.
Hazırda da bəzi sakinlər həmin mühafizə zonalarında tikilən evlərin sökülməsi təhlükəsi
ilə üz-üzə qalıb. Müvafiq təşkilatların həmin bir çox sakinlərə qarşı evlərinin
sökülməsi ilə bağlı iddia tələbləri məhkəmələrdə icraatdadır və bu məsələdə
Dövlət Neft Şirkəti (SOCAR) xüsusən fəallıq göstərir.
Vəziyyəti düzgün qiymətləndirmək üçün qeyd etmək lazımdır ki,
həmin mühafizə zonaları təşkilatlar tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müvafiq qərarları ilə müəyyən edilir. Məsələn, yüksək gərginlikli elektrik xətlərinin
mühafizə zonası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il
10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara görə xəttin
gücündən asılı olaraq 10 metrdən 30 metrədək məsafə,
ixrac neft və qaz boru kəmərlərinin mühafizə zonaları Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci 4 aprel il tarixli 129 nömrəli qərarı
ilə hər tərəfə 201 metr məsafə müəyyən edilmişdir.
Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri
Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 21 iyun 1999-cu il N-103 saylı qərarı ilə müəyyən edilmiş normalara
görə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə 50 metr, kənd
təsərrüfatı torpaqlarında xətt boyunca isə 25 metr mühafizə zonası,
çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar
kəmərlərin orta oxundan hər tərəfə 50 metr torpaq sahəsi mühafizə zonası müəyyən
edilib.
Əhalinin bilməli olduğu əsas məqam isə ondan ibarətdir ki, mühafizə zonalarına
səlahiyyət, sərəncam hüququ yerli icra hakimiyyət orqanlarına aid deyil, bu səlahiyyət
müvafiq təşkilatların və o cümlədən Dövlət Neft Şirkətinin və Azərbaycan Respublikası
Energetika Nazirliyinin səlahiyyətlərinə aiddir. Qısası, həmin mühafizə
zonalarında evlərin tikintisinə icazəni yerli icra hakimiyyəti verə bilməz. Belə
halla üzləşənlər isə bilməlidir ki, belə bir icazəni (həm şifahi və həm də
yazılı) icra hakimiyyəti qanunsuz vermişdir.
Yeri gəlmişkən, fərdi yaşayış evlərinin tikilməsi üçün icazə
tələb olunmur. Evlərin tikilməsi üçün 2015-ci
il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə
əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon
və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə yerli
icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır.
Söhbət üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən torpaq sahəsindən
gedir.
O ki, qaldı həmin mühafizə zonalarında tikilən evlərin sökülməsi
məsələsinə qeyd edim ki, məsələ əhalinin yaşayış yeri ilə bağlı olduğu üçün
sözü gedən məsələnin həlli üçün yüksək səviyyədə qərar verilməlidir, çünki bu məsələ
təkcə hüquqla bağlı deyil. Sözsüz ki, göz qabağında olan qanun pozuntuları var
və həmin qanun pozuntularına görə sakinlərin həyatı da real təhlükə altındadır.
Məsələnin həlli əslində texniki zonaların, təhlükəsizlik zolaqlarının
boşaldılmasından keçir və təbii ki, bunun üçün də maraqlı qurumlar həmin ərazilərdə
qanunsuz tikilmiş evlərin sökülməsi üçün məhkəməyə müraciət etməlidir. Həmin təhlükəsizlik
zonasında qanunsuz tikililərin məhkəmə qərarı ilə sökülməsi üçün qanunla
kompensasiyanın ödənilməsi nəzərdə tutulmur. Ancaq bəllidir ki, həmin mühafizə
zonalarında fərdi evlərin tikilməsinə icazə verən ya da tikintiyə göz yuman vəzifəli
şəxs olub. Belə bir vəziyyətdə mühafizə zonasında tikilən həmin evin
sahibini təkcə günahlandırmaq düz deyil
və mövcud vəziyyətdən çıxış ancaq dövlətin müdaxiləsi ilə mümkündür.
Yaranmış vəziyyətdə dalana dirənmiş sakinin evinin sökülməsinə
görə kompensasiya məsələsinin həlli cinayət işi çərçivəsində “zərərçəkmiş” və
“mülki iddiaçı” qismində mülki qaydada
mümkündür. Təbii ki, şikayətçi tikintiyə icazə vermiş və ya tikintiyə şərait
yaratmış vəzifəli şəxsdən hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etməlidir.
Ancaq cinayət işinin açılması o halda mümkündür ki, mühafizə zonalarında
tikintiyə icazə vermiş və ya o tikintiyə göz yumuş vəzifəli şəxsin əməlində
cinayət faktı aşkar edilsin. Cinayət işi çərçivəsində vətəndaş “zərərçəkmiş” və
“mülki iddiaçı” kimi tanınır və bundan
sonra mülki iddiaçı kimi dəymiş ziyanın (kompensasiyanın) ödənilməsi cinayət məsuliyyətinə
cəlb edilmiş həmin o vəzifəli şəxsdən tələb edə bilər. Kompensasiyanın tələbi
inzibati məsuliyyətə cəlb edilmiş həmin o vəzifəli şəxsə qarşı da qaldırıla bilər.
Hər bir halda, müəyyən vasitələrlə mühafizə zonalarında fərdi
yaşayış evləri tikmiş sakinlərin mülkiyyətindən tam məhrum olma ehtimalı çox
yüksəkdir və praktika göstərir ki, böyük əksəriyyətdə də həmin sakinlərə
kompensasiyanın ödənilməsi təmin edilmir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
28.01.2022
среда, 26 января 2022 г.
“Jurnalist”in “kütə" getmiş yazısı...
Ölkə mətbuatının, jurnalistikanın hazırkı vəziyyəti barədə əlavə
şərhə ehtiyac yoxdur. "Reket",
"makler", “çayxana” və sair
adlarla öz fəaliyyət mahiyyətini təsdiq edən "jurnalist"lərdən isə danışmaq,
yazmaq yaralı yerə duz tökmək kimi bir şeydir. Mətbuatın, jurnalistikanın
təmizlənməsi və qaydasına salmaq üçün həm inzibati və həmdə hüquqi tədbirlər
görülsə də hələ də lazımı və gözlədiyimiz nəticələri əldə etməmişik. Ədalətsiz,
qərəzli yazılara rast gəldikcə qüsurları olsa da yeni media haqqında qanuna məcburən
ümid etməyə başlayırsan.
Hər bir halda, həyatımızı qara günə çevirən, siyasi və ictimai
məqsədlərlə yazılan sifarişli "söz yığnağı" istehsalı ilə məşğul jurnalist
adına təsadüfən yiyələnənlər hələ də iş
başındadırlar. Təəssüf ki, özünü mətbuat orqanı adlandıran
"Oxu.az" saytında da belə hallara rast gəlirik. Əvvəla qeyd edim ki, MCP sədri, Millət vəkili Razi Nurullayevin
deputat fəaliyyəti haqqında Oxu.az
saytında Nicat Quliyev adlı bir şəxsin imzası ilə “kütə” getmiş yazı sözsüz sifarişli və "söz yığnağı"ndan başqa
bir şey deyil, əsasız və qərəzli olduğuna görə ikrah hissi yaradır.
Sifarişçi və sifarişi yerinə yetirən “jurnalist” Millət vəkili Razi Nurullayevin nə şəxsi, nə də
deputat fəaliyyətində xalqımızın, dövlətimizin maraqlarına zidd ola bilən bir
" əmma" tapa bilmədiyindən "söz yığnağı"nda göstərilən
fikirləri təhrif etmək məcburiyyətində qalmış, sifarişçisinin istəklərini
reallıq kimi təqdim etməyə çalışmışdır. Sözü gedən söz yığnağında sifarişin, qərəzin səviyyəsi
nə qədər yüksək olsa da Razi bəyin fəaliyyətini ləkələyə bilməmişdir. Nicat Quliyevin dediyindən
belə çıxır ki, Millət vəkili Razi Nurullayev xalqın arasında olmamalıdır, yas mərasimlərində
iştirak etməməlidir, şəhid ailələrini ziyarət etməməli-onlara kömək köstərməməlidir,
qazi və veteranlarla görüşüb onların problemlərini həll etməməlidir,
çıxışlarında sərt və tənqidi danışmamalıdır, Milli Məclisdə xalqın və dövlətin
maraqları üçün qanunlara lazımi düzəlişlərin tələbini və bunun üçün mübarizsə
aparmamlıdır.
Necə deyərlər adamı lap məəttəl qoyur... Elə qəliz danışır
ki, vallah heç cürə başa düşmək olmur, deyirəm xüsusi biliyə malik olan olar, bəlkə
elə bu “jurnalist” özü deputatların nə edib-etməmələri barədə və ümumiyyətlə
deputat fəaliyyəti haqqında qanun yazsın...
Nə yaxşı ki, XXI-ci əsrdi və hər kəsin siyasi və ictimai fəaliyyəti göz qabağındadır və Razi bəyin də qiymətini xalq özü verir və hər hansı bir "jurnalistin" "kaşası" ancaq özünün və onun sifarişçisinin zövqünə və iştahasına aiddir. Nə isə bu arada Ömər Xəyyamın bir kəlamı yerinə düşər: "Həyatda ən çətin iş özünü bilərəkdən qanmazlığa vuranı qandırmaqdır". MCP sədri, Millət vəkili Razi Nurullayevin və onun rəhbəri olduğu Partiyanın məqsədi kimisəni qandırmaq yox, Azərbaycan xalqına və dövlətinə xidmət etməkdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas, AJB-nin üzvü
пятница, 21 января 2022 г.
Rusiya iki yol ayrıcında və ölüm-qalım savaşında
Cenevrədə Rusiya və ABŞ-ın bu gün ki, danışıqlarında Lavrovun və Blinkenin görüşünün növbəti dəfə uğursuz başa çatması bu iki dünya nəhənginin real müharibə edəcəyi ssenarisinin mümkünlüyünə ehtimalını artırmış göstərir. Əslində isə belə bir qənaət yanlış və əsasızdır.
Bu
qarşıdurmanın səbəbi Putinin SSRİ-nin bərpa arzusu kimi görünsə də, əsl həqiqətdə
Rusiya özünün parçalanma qorxusu perspektivi baxımından prosesi əngəlləmək
istəyir. Proseslərə SSRİ -nin bərpası istəyi kimi görüntünün verilməsi
Rusiyanın öz marağındadır ki, Rusiyanın parçalanma ehtimalı əsas mövzu kimi
gündəmdə olmasın və Rusiya hələ də güclü olduğunu göstərmək istəyi ilə fikir və
hədəfi özünün parçalanma mümkünlüyünə diqqəti yayındırır. Fikrimi düzgün izah
etmək üçün əvvəla qeyd edim ki, SSRİ-nin bu və ya digər formada bərpası
mümkünsüzdür, istər Putin istər kim olsa da "ölünün dirilməsi"
mümkün deyil. Ukrayna ətrafında ABŞ və Rusiya qarşıdurmasının gərginləşməsində
Qərb əsas istədiyini əldə edib, iki qardaş xalq geri dönməz şəkildə düşmən olub
və bu düşmənçilik artıq Ukrayna xalqının şüur altı yaddaşına çevrilib. Bu arada
Zbiqnev Bzejinskinin dediyi o məşhur
kəlməni yada salsaq yaxşı olar: “Rusiya və Rusiya imperiyası Ukraynasız mövcud
ola bilməz”. Bu baxımdan ABŞ Rusiyaya qarşı hədəfini düzgün seçməsi şübhəsizdir,
Rusiya Ukraynanı özünün qırmızı xətti
elan etməsi isə Bzejinski tezisinin təsdiqi deməkdir.
Rusiya dövlətinin
tarix boyu mahiyyəti güc və işğalçılıq anlayışından ibarət olsa da, indi
Rusiyanın özü bir piroq kimi bölünmək təhlükəsi ilə üz-üzədir. Rusiya siyasi
elitası bu təhlükəni publik səsləndirə
bilmir ona görə ki, təhlükənin açıq səsləndirilməsi Rusiya daxili
parçalanmasının sürətlənməsinə psixoloji təsiri şübhəsizdir. Əslində Rusiyanın
Qazaxıstan əməliyyatı da Rusiyanın güclü olmasını göstərmək və daxili
parçalanma təhlükəsi ehtimalının sıfıra bərabər olduğunu sübut etmək idi.
Bu gün
Rusiyanın istəyi ilə baş tutmuş Cenevrə görüşündə Rusiya əli boş qayıdacağını
qabaqcadan bildiyini elan etdiyi halda, Lavrovun dili ilə desək görüşə yaxşı əhvalla getməsi onu göstərir ki,
Rusiya o durumdadır ki, Kreml SSRİ, SSRİ desə də öz bütövlüyünün həyəcanını
yaşayır. Bu gün ki, görüşdən dərhal sonra ABŞ 2-ci dünya müharibəsi zamanı
istifadə etdiyi gedişi ilk dəfə tətbiq edəcəyini elan etdi daha doğrusu, ABŞ Ukraynaya hərbi yardımını “lendviza” üsulu
ilə həyata keçirəcəyini yəni, Bayden administrasiyası müvafiq orqanlardan razılıq
almadan, məhdudiyyətsiz Ukraynaya geniş hərbi yardımı çevik şəkildə həyata
keçirəcək.
Digər tərəfdən
ABŞ Rusiyaya qarşı yeni və geniş sanksiyalarını tətbiq edəcəyini bildirdi.
ABŞ və Rusiya
arasında Ukrayna böhranını “Karib böhranı” ilə uyğunlaşdırmaq da düzgün yanaşma
deyil, çünki ABŞ Rusiyaya öz əli ildə deyil Ukrayna əli ilə daha doğrusu
Ukrayna kartı ilə zərbə endirir. Rusiya isə ABŞ-a təsir edə bilən nə hərbi gücə,
nədə mövqeyə malik deyil. Rusiya dünya diktator rejimlərinə dəstəyi ilə
(Suriya, Venesuela, Belorusiya və sair), işğalçılıq (Moldova, Gürcüstan,
Ukrayna) siyasəti ilə və daxildə apardığı milli boğucu siyasəti (milli muxtar
regionların dövlətçilik əlamətlərinin, idarə üsulunun ləğvi, Rusiya Konstitusiyasına
son əlavələr) ilə özünü indiki vəziyyətə
salıb, dalana dirənib və ABŞ-ın daha doğrusu Qərb dünyasının işini asanlaşdırıb.
Görünəndə
odur ki, ABŞ Ukrayna istiqamətində özünü arxayın vəziyyətdə aparır, heç bir güzəştə
getmir, Rusiya isə ABŞ-dan özünə təhlükəsizlik qarantiyasını ala bilmir. Bu isə
o deməkdir ki, bundan sonra da mümkün danışıqların heç bir əhəmiyyəti olmayacaq
və Rusiya iki yol ayrıcında qalaraq Putin
hakimiyyətinə son verəcək və demokratikləşəcək yada ki, SSRİ-nin aqibətini
yaşayacaq. Bu isə artıq mülahizə yox
tarixi və siyasi reallıqdır.
Vüqar Dadaşov
MCP SŞ-nın
üzvü, hüquqşünas
четверг, 20 января 2022 г.
Pekres nümunəsi Fransanın ayıbı, Jan-İv Lö Drian-nın mövqeyi isə o ayıbı ört-basdır cəhdidir
Ötən ilin
dekabrında Fransa Respublikasının prezidentliyinə namizəd Valeri Pekresin
Qarabağa gizli səfəri həm beynəlxalq hüquq normalarına, diplomatik qaydalara, həmdə
Fransanın öz qanunlarına belə ziddir və
cinayət məsuliyyəti yaradan əməlidir. Əvvəla qeyd edək ki, Fransanın öz
qanunlarına görə Fransanın beynəlxalq hüquqla tanınan sərhədlərinin pozulmasına
görə real azadlıqdan məhrum etmə növündə cəza tətbiqini müəyyən edən qanunu var.
Valeri Pekresin Azərbaycan ərazisinə oğrun şəkildə girməsi və qayıdandan sonra
da heç bir normaya sığmayan çıxışlar etmişi
Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə açıq hörmətsizlikdir.
Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev Fransa Respublikası prezident postuna
namizəd Valeri Pekresin Azərbaycan ərazisinə qanunsuz səfərinə: “Bu, təşkil
edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud
sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar
Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar.
Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın
dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar
oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi
bizim nəzarətimiz altındadır” şəklində münasibət bildirib.
Prezident
İlham Əliyevin sözü gedən məsləyə münasibəti nəinki Fransa cəmiyyətini, siyasi
elitasını və o cümlədən Qarabağla bağlı xam xəyallar, planlar quran ölkələri və
onların rəhbərlərini silkələyərək yuxudan ayıldıb, reallığı göz qabağına
çıxarıb.
Əvvəla öz
növbəmdə qeyd edim ki, Fransa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən
biri və nüvə ölkəsi olsa da artıq beynəlxalq arenada heç bir nüfuza malik
deyil. Fransa xalqı Adolf Hitlerin onlara verdiyi qiymət və addan başqa heç nəyə
yaramırlar. Fransa dövlətinin başçısı Emanuel Makronun şəxsi həyat nümunəsi
Hitler tezisini sübut edir. Əxlaqsızlığın, mədəniyyətsizliyi səviyyəsi o həddədir ki, Fransanın özünün tanıdığı və qəbul
etdiyi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünə hörmətsizlik
edən Fransanın prezidentliyinə namizədi Valeri Pekres
Azərbaycan Prezidentinə qarşı iddia qaldıracağını da deyib.
Əvvəla
prezidentliyə namizəd Pekres özü də təsdiq edir ki, beynəlxalq hüquqla dövlət
başçılarının məhkəmə təqibi qadağandır, Pekres onu da bilir ki, oğrun səfər
etdiyi ərazi Azərbaycan Respublikasının suveren ərazisidir və Azərbaycan
Respublikasının ərazi bütövlüyü, sərhədlərinin toxunmazlığı Fransa Respublikası
da daxil olmaqla bütün dünya ölkələri və BMT tərəfindən tanınır. Digər tərəfdən
Fransa dəfn edilmiş və ili çıxmış Minsk qrupunun üzvü kimi heç olmasa formal
neytrallığını saxlamalı idi. Fransa ermənidən çox erməni olmağa çalışması artıq
bir əsrin aksiomasıdır. Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö
Drian məsələ ilə bağlı yanvarın 18-də Fransa senatında həddini aşan bəyanatla
çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa
prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə əlaqədar
söylədiyi haqlı fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu”
bildirib.
Fransa dövlətinin
xarici siyasətinin rəhbəri Jan-İv Lö Drian-ın açıqlaması isə Pekresin əməlinə
haqq qazandırmaq cəhdi kimi Fransanın öz dövlət imicininə zərbə, baş diplomatın Fransa dövlətinin rəsmi
mövqeyinə də biganəliyinin sübutudur. Sözsüz ki, öz dövlətinə hörmət etməyənin başqa dövlətə
hörmət edəcəyini gözləmək də sadəlövhlükdən başqa bir şey deyil. Pekres nümunəsi
Fransanın ayıbı, Jan-İv Lö Drian-nın mövqeyi isə o ayıbı ört-basdır cəhdidir.
Valeri Pekres, Jan-İv Lö Drian, Erik Siottin və
sair bu kimi fransızların əslində sözlərinin heç bir dəyər və qiyməti yoxdur
ona görə ki, Beynəlxalq hüquq, haqq-ədalət Azərbaycanın tərəfindədir. Və ən
başlıcası isə Azərbaycan beynəlxalq hüququ, haqq və ədaləti qorumaq üçün GÜCƏ
malikdir. Azərbaycana qarşı xəyanət və məkrli planları olan Fransa kimi ölkələri
narahat edən məhz Azərbaycan xalqının qəhrəmanlığı və müzəffər ordusudur hansı
ki, Avropanın özünün gəldiyi və elan etdiyi sorğunun nəticələrinə görə Azərbaycan
xalqı dünyanın döyüş ruhu və həvəsində olan bir nömrəli xalqıdır. Fransızlar
yoxsa unutdunuzmu - dünya hərb elminin XXI-ci əsr müharibə modelini yaradan,
Şuşa zəfəri, 10 əsgəri ilə 150 erməni əsgərini əsir götürən məhz Azərbaycan
xalqıdır. Yeri gəlmişkən, Azərbaycan xalqı həmin xalqdır ki, 1990-cı ilin yanvar ayının 20-də rus tanklarının qarşısını əliyalın
alıb. Bəlkə bunu da unutmusunuz?!
Fransızların
yuxusunu ərşə çəkən isə Azərbaycan prezidenti İlham Əliyevin “biz onları geri
buraxmayacaqdıq” kəlməsidir, çünki fransızlar bilir ki, Azərbaycan prezidenti
heç bir zaman sözü havaya demir. 44 günlük müharibədə göstərdiyimiz birliyi, qəhrəmanlığı
kef edən fransız xalqına əyani göstərə bilərik, təbii ki istəsələr.
Nə Fransanın
indiki hakimiyyətinin, nədə Pekres kimilərin sözləri Azərbaycan xalqı və dövləti
üçün heç bir çəkiyə malik deyil, sadəcə fransızlar bilsələr yaxşıdır ki, öz
dövlətinin məhv olmuş mövqeyini bərpa etmək əvəzinə özlərini daha da biabır
edirlər.
Vüqar
Dadaşov
MCP SŞ-nın
üzvü, hüquqşünas
20.01.2022
суббота, 15 января 2022 г.
...onun ifasında muğam ölü halına düşür - Haqlı iraddırmı?!
ifasında muğam ölü halına düşür. O ki, qaldı Alim Qasımovun şəxsinə - ona böyük hörmətim var.
вторник, 11 января 2022 г.
Putin və Tokayevin məqsədi, Ərdoğanın susqunluğu və niyə gözlənilməz nəticə?
Qazaxıstan prezidenti Tokayev bu gün çıxış edərək ölkəsinə çağırdığı KTMT-nın sülhməramlılarının iki gündən sonra 10 gün müddətinə ölkəni tərk edəcəyini elan etdi və artıq Putinin Qazaxıstan əməliyyatının əsas məqsədi barədə inamla danışmaq olar.
Əvvəla qeyd
etmək lazımdır ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən
varis kimi, əslində isə formal bir fiqur olaraq Qazaxıstan prezident kürsüsünə
gətirilmiş Qasım-Jomart Tokayevin şəxsi bioqrafiyası açıq şəkildə və şübhəsiz
onu təsdiq edir ki, indiki Qazaxıstan prezidenti Tokayev tamamilə Rusiyanın öz kadrıdır və hal-hazırda
da keçmiş KQB indiki Rusiya Federal Təhlükəsizliyinin
Xidmətinin əməkdaşı olaraq fəaliyyətdədir. Bildiyimiz ki, SSRİ dönəmində xarici
səfirlilərdə əmək fəaliyyəti göstərənlər KQB əməkdaşları olub və təbii ki, bir
sıra ölkələrdə SSRİ-nin səfiri kimi işləmiş Tokayev də sıradan KQB əməkdaşıdır həm də, yüksək ranqlı.
Təkcə bir fakt onu deməyə tam əsas verir ki, hal-hazırda da Qasım-Jomart Tokayevin şəxsi və onun əmlakı barədə
məlumatlar Rusiya Federal Təhlükəsizliyi Xidməti tərəfindən “məxfi” qrifi
altında gizlədilir. Diqqət edək ki, Rusiya ancaq öz xüsusi xidmət orqanlarının
fəaliyyətdə olan əməkdaşları haqqında belə tədbirlər görür.
Sözsüz ki,
Qazaxıstan əməliyyatı Putin-Tokayev planı üzrə həyata keçirilib, daha doğrusu
Tokayev Kremldən onun üçün ayrılmış rolu məharətcəsinə oynadı və Rusiya
qarşısına qoyduğu məqsədlərin ilkin nəticələrini əldə edə bildi. Rusiya müdaxiləsi
nəticəsində Nursultan Nazarbayevə loyal Nazirlər kabineti istefaya getdi,
Qazaxıstan müstəqilliyinin simvolu Nursultan Nazarbayev özü faktiki ölkə idarəçiliyindən
yəni, “Elbası” mövqeyindən məhrum edildi, ölkənin Təhlükəsizlik Şurasının sədri
vəzifəsindən kənarlaşdırıldı. Tokayev vəzifələrə özünə və Rusiyaya yaxın şəxsləri,
ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsinə isə özünü təyin etdi. Qısası
Qazaxıstanda Nursultan Nazarbayev dövrü bağlandı. Əslində Qazaxıstanda baş verənlər
öz əlamətləri ilə dövlət çevrilişidir, əmması isə ondadır ki, Tokayev formal olsa da dövlət başçısı idi və
bu baxımdan Tokayevi dövlətə xəyanətdə, dövlət çevrilişində ittiham etmək
mümkün deyil. Ancaq fakt faktlığında qalır – Qazaxıstanda Nursultan
Nazarbayevin hakimiyyətinə son verildi.
Qazaxıstan əməliyyatı Rusiya üçün bir neçə aspektdən uğurlu oldu, ilk
növbədə türk dünyasının ağsaqqalı, Turançılıq ideyasının əvəzsiz liderlindən
olan, Qazaxıstanın müstəqillik simvolu və ilk prezidenti Nursultan Nazarbayev “zərərsizləşdirildi”
və Rusiyaya tam loyal Tokayev hakimiyyəti
möhkəmləndirildi. Qazaxıstanda Rusiyanın
keçirdiyi faktiki dövlət çevrilişi Rusiyanın əsas üç məqsədinə xidmət edirdi:
SSRİ arzusu, Turançılıq ideyasının zəiflədilməsi və Talibana qarşı ön səngərin
yaradılması.
Bu əməliyyatda
Rusiyanın əsas məqsədlərdən biri də, Jenevada ABŞ-Rusiya danışıqlarında Rusiyanın
siyasi mövqeyini gücləndirmək və ABŞ başda olmaqla NATO-dan 6-cı dəfə genişlənməyəcəyi
barədə öhdəliyini əldə etmək idi. ABŞ-Rusiya görüşü öncəsi Qazaxıstan əməliyyatı
baş tutdu, ABŞ-Rusiya danışıqları bitdikdən sonra KTMT-nin sülhməramlılarının
Qazaxıstandan iki günə çıxacağı elan edildi. Əvvəla Rusiya Qazaxıstan əməliyyatı
ilə ABŞ-Rusiya danışıqlarında NATO-nun genişlənməməsi və NATO-dan keçmiş SSRİ
respublikalarına fəaliyyəti barədə heç bir öhdəlik əldə edə bilmədi əksinə,
Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi anonsu verildi. Digər tərəfdən isə
Rusiya Tokayevin dili ilə Qazaxıstandan öz ordusunu çıxaracağını elan
etdi. Düzdür Rusiya keçmiş SSRİ
respublikalarına açıq hədəsini göstərdi və Qazaxıstanda Rusiya fiqurunun vahid
hakimiyyətini təmin etdi, Turançılıq ideyasına az da olsa şübhələr yarada
bildi.
Ancaq Rusiya
Qazaxıstanda qalacağı halda böyük çətinliklərlə üzləşəcəyini və axır hesabla
Orta Asiyada mövcudluğunu tam itirəcək təhlükəsi ilə üzləşdi. İlk növbədə
Tokayev Qazaxıstana rus qoşunlarını dəvət etdiyi üçün Qazaxıstan ziyalıları və
cəmiyyəti tərəfindən xain elan edildi, bu halda da Tokayev hakimiyyətini itirmək
və hakimiyyətə millətçilərin gələcəyi ehtimalı artdı. Tokayevin dili ilə
Rusiyanın Qazaxıstandan ordusunu çıxaracağını bəyan etməsi əslində, Qazaxıstanı
tam itirməmək istəyindən irəli gəlir və Rusiya fiquru Tokayevi hakimiyyətdə
saxlamaq cəhdidir. Rusiyanın belə bir qərar verməsinə səbəb həm də, Orta
Asiyanın digər türk dövlətlərində Rusiya qarşı ssenarinin arzu olunmaz istiqamətdə
inkişafı oldu. Bəziləri KTMT-dən çıxmaq qərarı verəcəkləri ilə Rusiyanı çətin vəziyyətə
saldı. Qazaxıstan əməliyyatında Türkiyənin səbirli davranması faktı ehtimal
yaradır ki, Rusiya prezidenti Türkiyə prezidenti ilə danışıqları olub və Putin
Qazaxıstandan çıxacağını Ərdoğana bildirib, güman edirəm ki, məhz bu səbəbdən də
Türkiyə Qazaxıstanda Rusiya əməliyyatlarına qarşı kəskin reaksiya vermədi.
O ki,
Qazaxıstan əməliyyatında Rusiyanın hərbi operativliyinə, bu əməliyyatın belə
çevik həyata keçirilməsi özü özlüyündə böyük şübhələr yaradır yəni ki, Qazaxıstanda
baş verənlər əvvəlcədən ssenari üzrə planlı şəkildə təşkil edilib və plana
müvafiq olaraq ordu da bu gedişə hazırlanıb və bu çeviklik ona görədir. Ancaq
Rusiya istədiyi nəticəni əldə edə bilmədi, əksinə özünün Orta Asiyada türk dövlətlərində
müəyyən mövqeyini sarsıtmış oldu, keçmiş SSRİ dövlətlərinin də silkələdi. Məlumdur
ki, Qazaxıstanda məlum hadisələrdən sonra Tokayevin əldə etdiyi mütləq hakimiyyəti
müvəqqəti formaya düşdü. Sözsüz ki, Nursultan Nazarbayev tərəfdarları, millətçilər
Tokayevin hakimiyyətini uğursuz edəcək. Bütün bunlardan sonra Rusiya udan və ya
uduzan tərəf olması göz qabağındadır.
Vüqar
Dadaşov
Hüquqşünas,
MCP SŞ-nın üzvü
пятница, 7 января 2022 г.
Qazaxıstan - Kremlin SSRİ sevdası, ya Turana qarşı əməliyyat
Qazaxıstanda baş verən prosesləri təkcə ölkədə sosial vəziyyətlə əlaqələndirmək düz deyil. Sözsüz ki, hadisələrin kənardan daha doğrusu, Rusiyadan qaynaqladığın açıq görmək mümkündür. İlkin nəticə olaraq Qazaxıstanda baş vermiş narazılıqlar, ixtisaslar nəticəsində Nazirlər kabineti istefaya getdi, Qazaxıstan müstəqilliyinin simvolu Nursultan Nazarbayev faktiki ölkə idarəçiliyindən yəni, “Elbası” mövqeyindən məhrum edildi, ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırıldı və bundan sonra Rusiya ordusu KTMT adı altında sülhməramlı kimi Qazaxıstanda soxula bildi və faktiki ölkəni nəzarətə götürdü.