Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin bağlanması ətrafında danışıqların intensivliyi arzu olunan nəticəni verməyəcək. Yekun sülh müqaviləsinin bağlanmasını mümkünsüz edən müxtəlif səbəb və amillər var. Birincisi unutmayaq ki, ümumiyyətlə Ermənistan adlı dövlət xristian dövlətlərinin türk dünyasına qarşı bir proyektidir. Türkiyə və Azərbaycan tandeminin dünya miqyasında hesablaşmağı məcbur edən gücə çevrilməsi fonunda Ermənistan xristian dünyası üçün əhəmiyyətini daha da artırıb. Ermənistan o vaxt əhəmiyyətini itirəcək ki, Türkiyə Azərbaycana və ümumən türk dünyası ilə qarşıdurmasına son verəcək.
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi, təkcə bu iki dövlətin məsələsi
deyil yəni, sülh müqaviləsinin mümkünlüyü Türkiyə ilə bağlı olan Ermənistanın
Türkiyə qarşı saxta 1915-ci il saxta “erməni soyqrımı” layihəsindən və ərazi
iddiasından imtinası ilə paralel olan məsələdir. Əgər Ermənistan bu saxta
soyqırım layihəsindən imtina edərsə, süni dövlət kimi qərb xristian dünyasının
dəstəyindən məhrum olar və bu da erməni dövlətçiliyin itirilməsinə gətirib
çıxarar. Bəllidir ki, Ermənistanın Türkiyə və Azərbaycan ilə münasibətinin
yaxşılaşdırılması, kommunikasiya və iqtisadi əlaqələrin bərpası Ermənistan əhalisinin
və iqtisadiyyatının Türkiyə və Azərbaycan tərəfindən sovrulmasına gətirib
çıxaracaq. Bu baxımdan qərb xristian dünyası Ermənistanın türk dünyası ilə tam barışmasına
imkan verilməyəcək baxmayaraq ki, bu istiqamətdə müəyyən yumşalmalar müşahidə
edilir.
Rusiyanın bu məsələdə vasitəçi görünməsi o demək deyil ki, Rusiya Ermənistanın
Türkiyə və Azərbaycanla tam barışmasında maraqlıdır. Məsələ ondadır ki, Zəngəzur
dəhlizinin açılışı ərazidə təhlükəsizliyin təminatçısı kimi Rusiyanın bu
regionda daimi mövcudluğunu təmin etməklə Azərbaycana Ermənistana və Türkiyə
qarşı təsir imkanları yaradır. Zəngəzur dəhlizi nəinki Naxçıvanın Azərbaycanla
bir başa əlaqəsi deməkdi, bu ən əsası Türkiyənin türk dünyası ilə və Hind
okeanına kimi əlaqəsinin yaranması deməkdir. Bu dəhlizin təhlükəsizliyin təminatçısı
kimi Rusiyanı region üçün 44 günlük müharibədən sonra yaranmış yeni situasiya
üzrə əsas oyunçu kimi qoruyub saxlayır. Bütün bunlarla yanaşı Rusiya Azərbaycan
vasitəsi ilə bir başa əlaqə yaratmaqla regionda manevr imkanlarını genişləndirir.
Gedən proseslər elə təəssürat yaradıb ki, guya Rusiya yekun sülh
razılaşmasında maraqlıdır, bəli Rusiya
anacaq Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, ancaq fakt ondadır ki,
Rusiya SSRİ dövrünün respublikalar arasında inzibati sərhəd xəritələrinə əsaslanan
delimitasiya və demarkasiya təklif etməklə vəziyyəti tək öz nəzarəti altında
saxlamağa çalışır ki, bu məsələ çox uzun vaxt aparsın və hansı ki, Rusiya Ermənistanla
Azərbaycan arasında sərhəd məsələsində qarşılıqlı güzəştlərə ehtiyacın olduğunu
da elan edib. Qısası, Rusiya üçün Ermənistanın Azərbaycan və türk dünyası ilə
yekun barışığı onun regionda təhlükəsizliyin təminatçısı kimi əhəmiyyətini
itirir. Sözsüz ki, Rusiya tərəflərə eyni dərəcədə neytral görünməsi üçün Ermənistanla
Azərbaycan arasında sülh müqaviləsi deyil, uzağı hər hansı bir aralıq və ya
keçid sənədinin imzalanmasına imkan verə bilər.
Digər tərəfdən İran da Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin
mümkünlüyündən xeyri narahat olub və Ermənistanda Rusiya amilini əvəz etməyə
çalışır ki, Ermənistan Azərbaycanın yaxınlaşmasına, sülh müqaviləsinin
imzalanmasına imkan verməsin və Ermənistanla Türkiyə və Azərbaycan arasında konflikt
və hərbi gərginlik daimi şəkildə mövcud olsun.
Sözsüz ki, İran bilir ki, Ermənistanla məsələnin həlli sonda da Cənubi
Azərbaycanın istiqlalını tezləşdirə bilər.
O ki, qaldı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin daha çox
kimə sərfəli olduğuna, ümumiyyətlə “sülh müqaviləsi” anlayışının mahiyyəti dövlətlərin
qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünün və sərhədlərinin tanınmasından
ibarətdir. Yəni, bizim nümunəmizdə Ermənistan
Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan isə Ermənistanın ərazi bütövlüyünü
tanımalıdır. Bu halda 1918-ci ildə ilk dəfə olaraq Azərbaycanın tarixi ərazilərində
süni yaradılmış Ermənistan dövlətinin Azərbaycan
tərəfindən onun ərazi bütövlüyünü tanıması, Azərbaycanın tarixi torpaqlarından
imtina etməsi kimidir. Eyni zamanda
da 1920-ci ildən sonra SSRİ dövründə
sovet hakimiyyəti tərəfindən Azərbaycanın razılığı olmadan Ermənistana verilmiş
bütün ərazilərimizin qanuniləşməsi deməkdir. Məhz bu səbəbdən də Rusiya Ermənistanla
Azərbaycan arasında dövlət sərhədlərinin müəyyən edilməsi üçün 1920-ci il xəritələrindən
istifadə ediləcəyi barədə məlumatı
buraxıb. Ermənistan sülh müqaviləsi imzalayarsa sözsüz ki, dövlət kimi öz gələcəkdə
mövcudluğuna şans vermiş olar.
Hər bir halda Ermənistanla sülh müqaviləsi perspektivdə Azərbaycan üçündə
sərfəlidir ona görə ki, işğaldan azad etdiyimiz bərpası, inkişafı, məskunlaşması,
Xankəndində və ətraf ərazilərdə yaşayan etnik ermənilərin Azərbaycan cəmiyyətinə
inteqrasiyası maneəsiz rahatlıqla həyata keçirilər. İranla bağlı Cənubi Azərbaycan
məsələsində konkret istiqamətimizi müəyyən etmiş olar. Digər tərəfdən isə Ermənistan
adlı dövlətin Türkiyə və Azərbaycan tərəfindən sovrulmasına təbii şərait
yaratmış olar.
Hər bir halda bu isə o deməkdir ki, nəticə etibarı ilə Ermənistanın dövlət
kimi gələcəyi böyük müəmmadadır. Ancaq Ermənistan bir proyekt olduğundan onun
mümkün potensialı maraqlı dövlətlər tərəfindən axıra kimi istifadə olunacaq, yəni
onun türk dünyasına qarşı düşmənçiliyi davam etdiriləcək, idarə olunacaq.
Arzulanan yükün sülh müqaviləsi isə söz-söhbət olaraq maraqlı dövlətlər üçün əlverişli
vəziyyətin yaranması ümidi ilə müəyyən dövrə qədər qalacaq.
Vüqar Dadaşov
Hüquqşünas, MCP-nin SŞ-nın üzvü
Комментариев нет:
Отправить комментарий