Dünən Türkmənistan paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının
(İƏT) zirvə toplantısı keçirilib. Bu zirvə toplantısının yekun Bəyanatı qəbul edilib hansı ki, sözü gedən bəyanatda 44
günlük Vətən Müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi barədə məlumat qeyd
edilməklə həmdə bu sənəddə "Zəngəzur dəhlizi" termin beynəlxalq anlayış kimi işlədilib.
Nəzərə alsaq ki, İƏT-nın üç üzvü Qazaxıstan, Qırğızıstan və
Tacikistan Rusiyanın patronajında olan KTMK,
Avrasiya İqtisadi, Kömürük Birliyinin üzvü kimi Ermənistanın rəsmi müttəfiqlərinin
də yekdilliklə qəbul etdiyi bəyanatdı, onda bu sənədin Ermənistana və onun təhrikçilərinə növbəti siyasi-diplomatik
zərbə olması göz qabağındadır. Yeri gəlmişkən
bu təşkilata Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkmənistan, Tacikistan və İran üzvdür. Bu toplantıda İran
prezidenti İbrahim Rəisi də iştirak edirdi və bəyanatın bu şəkildə qəbul etməsinə
maneçilik edilsə də çoxluq qarşısında bu İran da bu bəyanata imza atmalı
oldu.
Aşqabadda zirvə görüşündə Azərbaycan prezidenti bir sıra görüşlər
keçirilib. Bildiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev İran
prezidenti İbrahim Rəisi ilə görüşüb. Görüş böyük ehtimalla İran tərəfinin
təşəbbüsü ilə keçirilib . Bu qənaəti İbrahim Rəisinin İlham Əliyevi gözləməsi
kadrları da təsdiq edir.
Bir neçə ay çəkən İran Azərbaycan gərginliyi İranın geri addım atması ilə
nəticələndi və İran Azərbaycanın tələb və şərtlərini yerinə yetirməli oldu. İranın
üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı da Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi, toxunulmamazlığı barədə qətnamələr, qərarlar qəbul
edib baxmayaraq ki, İran Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış edib. Ancaq
İran mütləq çoxluğa tabe olaraq təklif olunan sənədlərə imza atmaqla öz riyakar
siyasətini pərdələməyə çalışıb.
O ki, qaldı İranın dövlət başçılarının Azərbaycanla bağlı hər çıxışında “Azərbaycanın
dövlət müstəqilliyin ilk tanıyanlardan biri də İran olub” kəlməsini səsləndirməsi
sözsüz ki, İran Azərbaycanın müstəqilliyinin ilk günlərindən “fars şiəsi”
kartından istifadə edərək Azərbaycanı öz təsiri altına çəkmək istəyindən irəli
gəlirdi hansı ki, dini mənsubiyyəti irəli, milli kimliyi arxa plana keçirməklə
Güney Azərbaycanın istiqlalını əngəlləmək və Azərbaycanın bütövləşməsinə mane
olmaq niyyəti daşıyırdı.
İƏT-nın Aşqabad zirvə toplantısı bir daha onu göstərdi ki, Azərbaycan
dövləti öz xarici siyasətini elə qura bilib ki, düşmən dövlətlər də Azərbaycanı
dəstəkləmək məcburiyyətinə salınır, necə ki, İran, Rusiya, Fransa, ABŞ və sair.
BMT Təhlükəsizlik Şurasında, Avropa
Birliyində və onun müvafiq təşkilatlarında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq
Təşkilatında, KTMT-da və sair beynəlxalq təşkilatlarda da düşmənlərinin etirazlarına
və cəhdlərinə baxmayaraq Azərbaycan öz istədiyini alır. Sözsüz ki, Qarabağ məsələsinin
yekun həlli, Xankəndinin və onun ətrafının da Azərbaycan yurisdiksiyasına
qayıtmasının, Zəngəzur dəhlizinin açılışının da şahidi olacayıq.
Vüqar
Dadaşov
MCP SŞ-nın
üzvü, hüquqşünas
Комментариев нет:
Отправить комментарий