Xankəndi şəhərində yaşayan bir qrup erməni Rusiya sülhməramlı hərbiçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildiriblər və Azərbaycan dövlətindən iş istəyiblər.
Təbii ki, Taliban kimi radikal dini təşkilatın Əfqanıstanda hakimiyyətə bu asanlıqla yiyələnməsi böyük siyasi oyunun tərkib hissəsi kimi, əldə etdiyi hakimiyyəti müqabilində götürdüyü öhdəliyi, onun üçün müəyyən edilmiş hədəf və məqsədləri həyata keçirməli və reallaşdırmalıdır. Taliban-ın hakimiyyətə gətirilməsi ABŞ, Böyük Britaniya və Türkiyə arasında razılaşdırılmış planı üzrə həyata keçirilib. Proseslərin analizi və Taliban-ın ilkin açıqlamaları onun bu üç ölkəyə müəyyən dövr üçün müttəfiq kimi davranacağını göstərir. Dünya nizamını dəyişə biləcək Əfqanıstanda gedən proseslər Rusiya və İran üçün ən xoşa gəlməz və təhlükəli nəticələr vəd edir. Rusiyanın Talibanla bağlı qarışıq açıqlamaları, Rusiya Təhlükəsizlik Şurasının təcili iclasları və Talibanın rəsmisinin Rusiya haqqında söylədikləri göstərir ki, Talibanın regionda əldə etdiyi tam hakimiyyəti müqabilində əsas öhdəliyi Rusiya üçün cəhənnəm yaratmaqdan ibarətdir.
O ki,
qaldı Taliban və Pakistan münasibətlərinə, əvvəla qeyd etmək lazımdır ki,
ümumiyyətlə Taliban hərəkatının yaradılması, Əfqanıstanda hakimiyyətə
gətirilməsi, ABŞ və NATO-nun Əfqanıstanı işğal etdikdən sonra Talibanın
Əfqanıstanın müəyyən ərazilərində indiyə qədər dura bilməsi bilavasitə
Pakistanla bağlı olan prosesdir. Hətta Talibanı ikinci Pakistan belə
adlandırırlar. Pakistan isə Azərbaycan və Türkiyənin ən etibarlı müttəfiqidir.
Azərbaycanın qələbə ilə başa vurduğu 44 günlük müharibədə Türkiyə və Pakistan
öz müttəfiqliyinin ən yüksək səviyyəsini göstərdi. Pakistan hətta bu günə kimi
Azərbaycana ərazi iddiası ilə çıxış edən Ermənistanı dövlət kimi tanımayıb. Talibanın Əfqanıstanda tam
hakimiyyətə yiyələnməsində təbii ki, ABŞ-ın ən etibarlı müttəfiqi kimi
Pakistanın xidməti çox böyükdür. Pakistanın isə Azərbaycan və Türk sevgisi tarixə
bağlı xalqın daxili hissidir və ruhən həmişə türk etnosunun yanında olub və
dövlət kimi də siyasətini məhz bu sevgi üzərində qurub. Odur ki, Talibanın
Əfqanıstanda hakimiyyətə gəlməsi Azərbaycan və Türkiyə üçün ikinci Pakistan qazanmaq
deməkdir.
Tarixin elə bir dönəmində yaşayırıq ki, Azərbaycan üçün, Türk
dünyası üçün yeni, çox əlverişli siyasi dövr başlayıb. Tarixi şansımızdan tam
istifadə etməklə publik səsləndirilməsi məqbul sayılmayan hədəflərimizi tam
reallaşdıra bilərik. Onsuzda dünyanın bölünməsi baş tutub və bu bölünmədə Türk
dünyası, ingilislər, yəhudilər bir tərəfin ön sırasında olanlardır.
Türk qanına susamış İranın aqibəti Rusiyadan da daha
acınacaqlı olacaq. İstər-istəməz Talibanla üzə-üzə gələcək İran ətrafında halqa
daha da daralacaq və İranın indiki sərhədləri daxilidə mövcudluğuna böyük təhlükələr
daimi hərəkətdə
olacaq.
Talibanla diplomatik,
siyasi əlaqələrimiz qurulmalı hərçənd
ki, qeyri rəsmi olsa da Türkiyə artıq bu prosesləri idarə edir. Türkiyə və Azərbaycan
arasında müttəfiqlik haqqında Şuşa bəyanatı bu qənaətimizə əsas verir çünki, həmin
Bəyanata əsasən Türkiyə və Azərbaycanın Təhlükəsizlik Şurasının əlaqəli fəaliyyət
göstərir. Bu baxımdan Türkiyə və Azərbaycan arasında Taliban barəsində ümumi qərarın
olduğu şübhəsizdir. Təbii ki, Talibanın yaradığı vəziyyət Rusiya və İran üçün real
üzücü, süründürücü hərbi qarşıdurma şəraiti yaradır. Faktiki olaraq Taliban
Rusiya və İran qarşı ikinci cəbhə açmaqla bu dövlətlərin hərbi və iqtisadi
gücünü parçalamış olur. Yaxın Şərqdə və eləcədə Asiyada konfliktlərə və hərbi
qarşıdurmaya cəlb edilən Rusiya və İranın siyasi manevr imkanları da məhdudlaşır. Əfqanıstanda Talibanın tam hakimiyyətə yiyələnməsindən
sonra Rusiyanın patronajında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına
(KTMT) daxil olan müsəlman ölkələrində vəziyyət Rusiyanı daimi “foksda” olmağa
məcbur edəcək. Əks təqdirdə Rusiya Orta Asiya dövlətlərində hərbi mövcudluğunu
itirə və onsuz da formal KTMK-nı daha əhəmiyyətsiz hala salmış olar. Nəticədə
Rusiya özü üçün keçmiş SSRİ respublikalarından yaratdığı “bufer” zonasından məhrum
olar və bir başa öz sərhədlərində təhlükə ilə üz-üzə qalar. Odur ki, Rusiyaya
qarşı açılmış ikinci cənub cəbhəsi ən real və qorxulu ssenaridir və buna görə də
Rusiya bütün hərbi və iqtisadi gücü bu istiqamətə sərf etmək məcburiyyətindədir.
Yaranmış şərait Türkiyə və Azərbaycan üçün
olduqca əlverişli şərait və imkanlar yaradır hansı ki, daha böyük hədəflərimizi
reallaşdıra bilərik.
Vüqar Dadaşov
Ermənistan Azərbaycan dövlət sərhədində yaşanan gərginliyin
xaotik olmadığı bəllidir və təbii ki, gərginlikdə
ABŞ, Fransa və Rusiyanın hər birinin öz
maraqları, hədəfləri var. Rusiya bölgədə və eləcədə Azərbaycanda hərbi
mövcudluğunu möhkəmləndirmək, ABŞ və Fransa isə gərginlik əsnasında bölgəyə
siyasi-diplomatik və hətta hərbi müdaxilə əldə etmək niyyətindədir. Vəziyyətin
nəzarətdən çıxacağına ümid edən və heç vaxt Azərbaycana qarşı düşmənçiliyindən əl
çəkməyən İran da aktiv və artıq açıq şəkildə Ermənistana dəstək verir və bu
üçlüyə (ABŞ, Fransa, Rusiya) qoşulub (hərçənd ki, heç vaxt da ayrılmamışdı). Bu
üçlük: ABŞ, Fransa və Rusiya ardından Ermənistan Azərbaycan sərhədində Ermənistan
tərəflidən gələn İran rəsmiləri İranın xarici işlər naziri Cavad Zərifin səsləndirdiyi
"Ermənistanın sərhədləri İranın qırmızı xəttidir" fikrini və düşmənçiliyini
bir daha təsdiqləmiş oldu.
Bu üçlük və İran müharibədən möhtəşəm qələbə ilə
çıxmış Azərbaycanın uğurlarını, müharibənin faktiki nəticələrini məhv
etmək istəyirlər. Bu arada bir məqamı da xatırladım: 1-ci dünya müharibəsində
Rus imperiyası da qalib tərəf kimi müharibədən ayrıldı ancaq, faktiki olaraq məğlub
tərəfə çevrildi. Bəlkə Rusiya öz başına gələnləri Azərbaycan tarixi kimi təkrarlamaq
niyyətindədir?
Analogiyası o qədər də uyğun olmasa, da İsraili də sövdələşmiş
ərəb ölkələri dəfələrlə məhv etmək istəyib, ancaq İsrail isə tək başına qalib
olub. Azərbaycanın isə qanı, canı bir olan Türkiyə kimi müttəfiqi var.
Əsl həqiqətdə və mübadiləsiz Ermənistan Azərbaycan arasında
sülh müqaviləsinin imzalanması əsaslı şəkildə Ermənistanın maraqlarını tam
uyğundur. Çünki, məhz Ermənistan Azərbaycan torpaqlarında qurulmuş dövlətdir.
1918-ci ildə qurulmuş Azərbaycan xalq Cümhuriyyətinin ərazisi, sərhədləri eləcədə
Ermənistanın və Gürcüstanın sərhədləri və ərazisi 1920-ci ildə Paris Sülh Konfransında dünya dövlətləri tərəfindən tanınıb. Bolşevik
Rusiyası tərəfindən işğal edilən Azərbaycan əraziləri və o cümlədən Zəngəzur
bölgəsi Azərbaycanın razılığı olmadan Ermənistana və digər ərazilərimizin bir
hissəsi Rusiya və Gürcüstana birləşdirilib. İndiki Rusiya isə SSRİ-nin varisi, Azərbaycan,
Ermənistan və Gürcüstan isə özünü 1918-ci il də özünün müstəqilliyini elan
etmiş və Paris Sülh Konfransında dünya tərəfindən tanınmış respublikalarının
varisləri olduğunu elan edib. Beynəlxalq hüquqa görə Azərbaycan bu dövlətlərdən
öz ərazilərinin geri tələb etməsində haqlıdır. Ona görə də Azərbaycan Ermənistanla
sülh müqaviləsinin imzalanmasına hazır olması Azərbaycanın Ermənistana ən böyük
güzəştidir. Əgər Ermənistan bu şansı əlindən buraxarsa onda gələcəkdə öz ərazi
bütövlüyünü və dövlətçiliyini böyük risk və şübhə altına atır. Bu, sözün düzü
Azərbaycanın strateji maraqlarına uyğun gəlir, ancaq Azərbaycan bölgədə sülh və
əmin-amanlığın hakim olması üçün Ermənistana
bu şansı yaradır. Seçim Ermənistanındır...
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi