SNN NEWS-Haber ARX.AZ informasiya portalına əsasən xəbər
verir.
“Araşdırmalarımıza görə “Dünyanın səsi” qəzetinin
həqiqi təsisçiləri və qanuni baş redaktoru Firdovsi Ələkbərovun yaxınları ilə
və qəzetin hazırki F.Ələkbərov tərəfindən “təyin” edilmiş “redaktoru” ilə əlaqə
saxlayaraq onların nə üçün belə işlərə bulaşdıqlarını və nə üçün aldadaraq
mülkiyyətlərini ələ keçirməklə maddi-mənəvi ziyan vurduqlarının səbəbini
soruşublar. “Redaktor” bildirib ki, F.Ələkbərov ona özünü qəzetin
guya yeganə təsisçisi və sahibi kimi təqdim edərək ixtiyarın tam öz əlində
olduğunu deyib, bu şəxsi də “Baş redaktor” təyin edib. Bu şəxs də özünə digər
işçilər təyin edib.
Lakin məsələnin əsl mahiyyəti ona tam izah olunduqdan
sonra o qəzetin ona məhz Firdovsi Ələkbərov tərəfindən verildiyini (başqa
məlumata görə satıldığını) bildirib. Onun qardaşı isə birinci dəfə qarşı
tərəfdən şikayət etməmələrini xahiş edərək qəzetin əsl sahiblərinə
qaytarılacağını deyib. Lakin sonra həbsxanada qardaşı ilə görüşdüyünü və
qaytarmaq fikrində olmadıqlarını deyib. Buradan da belə anlaşılır ki,
Ələkbərovlar məhz qəzeti saxta yollarla ələ keçirərək satıblar. Qardaşı
bildirib ki, guya pul qarşılığında onu həbsdən azad edəcəklər və o zaman “haqq
hesab” çürüdərik. Əks halda 10 il onun həbsdən çıxmasını gözləməlidirlər.
Bizə aydın olmayan odur ki, bu boyda cinayətlər
törədərək bütün ölkə mətbuatı qarşısında ifşa edilmiş bir şəxsin hansısa məbləğ
qarşısında azad edilməsini dayanmadan ifadə edən qardaşı Fizuli Ələkbərov bəlkə
elə qardaşının həbsdə qalmasının tərəfdarıdır. Çünki zərərçəmkişləri razı
salmaq əvəzinə daha da onları yenidən aldatmaqla, guya qardaşı ilə görüşüb həll
edəcəyini sonra isə gah görüşmədiyini, gah görüşüb bu məsələlər barədə
demədiyini, gah da onun: “indi qəzetin yeridirmi?” dediyini ifadə etməsi hansı
qaranlıq məqamlardan xəbər verir?
Qeyd edək ki, zərərçəmiş və aldadılmış şəxslər bu
barədə aidiyyatı qurumlara və hüquq mühafizə orqanlarına mütaciət edəcəklərini
bildiriblər. Onlar bildiriblər ki, birinci onun qardaşına və yaxınlarına
çatdırdıq ki, dəymiş ziyanı-zərəri, aldatdıqlarını,uzun illər bizə ziyan
vurduqlarını nəzərə alaraq həbs olunmasını da nəzərə alaraq şikayət etməmiş
mülkiyyətimizi-qəzetimizi qaytarsınlar. Lakin dələduzların hələ də onları
aldatdıqlarını görərək artıq bütün aidiyyatı orqanlara müraciət edəcəklərini
bildiriblər.”
Qarşı tərəfin mövqeyinidə işıqlandırmağa hazırıq.
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий