Bildiyimiz kimi, Azərbaycan Respublikası
Prezidentinin 5 dekabr tarixli sərəncamı ilə ölkədə növbədənkənar parlament
seçkiləri 2020- ci il fevralın 9-na təyin edilib. Qeyd edək ki, beşinci çağırış
parlamentin buraxılması barədə qərar Milli Məclis üzvlərinin 2 dekabr tarixli
müraciəti və Konstitusiya Məhkəməsinin 4 dekabr tarixli qərarı əsasında qəbul
edilib.
Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar
Dadaşov Milli Məclisə keçiriləcək seçkilərə öz namizədliyini irəli sürmək
fikrində olduğun bildirib.
Xatırladaq ki, Dadaşov Vüqar Piri oğlu 18.12.1972-ci il tarixdə
Yardımlı rayonu Bozayran kəndində anadan olub,1990-cı
ildə orta məktəbi fərqlənmə ilə bitirib, məktəblilər arasında Azərbaycan
Respublika Olimpiadasının qalibi olub,1991-1996-cı illərdə Azərbaycan Respublikası DİN DQ tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və
suverenliyi uğrunda döyüşlərdə iştirak edib, 22.09.1993-cü
il tarixdə Zəngilan Rayonunda işğalçı ermənilərlə döyüş zamanı yaralanıb.
1996-cı ildən 2014-cü ilədək Rusiya Federasiyasında yaşayıb.
Ali təhsillidir, Moskva
Humanitar Akademiyasının Hüquqşünaslıq fakültəsini,
və Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin
“Bilik” elmi mərkəzinin
“Əhalinin və yüklərinin daşınmasinin təşkili”
ixtisasını və
“Ural Ali Məktəblər Assosiasiyası “ingilis dili” kursunu bitirib.
2000-2008-ci illər
Ümumrusiya Azərbaycanlıları Konqresinin Sverdlovsk vilayəti bölməsinin nəzarət-yoxlama
komissiyasının sədri vəzifəsində diaspor fəaliyyəti göstərib. Rusiyada hüquq-mühafizə
orqanlarında və vəkillər ittifaqında tərcüməçi, hüquqşünas, hüquq məsləhətçisi kimi vəzifələrdə işləyib.
2015-ci ildən Azərbaycan
KİV-də, TV-də, radioda, elektron
mediada hüquqşünas, hüquq eksperti və
politoloq kimi sıxış edir. 2018-ci il Azərbaycan Respublikası Prezidentliyinə
eks namizəd Razi Nurullayevin vəkili olmuşdur. 130-dan çox elmi, hüquqi, siyasi
araşdırma xarakterli məqalə və 10-dan
çox Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun layihələrinin,
“Mənim düşüncəm” adlı tarixi, elimi, fəlsəfi mövzuda yazılmış kitab müəllifidir.
Ailəlidir, üç övladı var.
Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin
“Müharibə veteranı”dır. Prezident təqaüdçüsüdür. Azərbaycan Jurnalistlər
Birliyinin üzvüdür.
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий