72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli
sürülmüş Qarabağ qazisi, hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
publisist Vüqar Dadaşov seçki platformasını açıqlayıb.
Vüqar Dadaşov seçicilərə
müraciətində bildirir:
“Bir müharibə iştirakçısı kimi sözsüz ki, hər bir problemdən vacib dövlətçiliyimizin
və müstəqilliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümuzun bir mənalı mənada
bərpası ən ümdə və təxirəsalınmaz şəkildə həllinə var gücümlə çalışacağam.
Namizədi olduğu bölgənin sosial iqtisadi problemləri mənə çox yaxşı məlumdur və ilk
növbədə infrastrukturun yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması,
kommunal təminatın mükəmməl təşkili, ucuzlaşdırılması və limitlərin ləğv edilməsi, tibbi xidmət və müalicənin tam şəkildə dövlət
təminatında olmasını, aztəminatlı ailələrin, veteran, qazı və şəhid ailələrinin
sosial şəraitinin və maddi təminatının təşkili, veteran, qazı və şəhid ailələrinin
xüsusi imtiyazlarla təmin edilməsi, təhsil sistemində inqilabi dəyişiklərin
aparılması ən əsas məqsədlərimdəndir.
Bildiyimiz kimi Milli Məclis
ölkəmizin qanunverici hakimiyyətidir və bu orqanın əsas funksiyası ölkəmizin
idarə olunması və inkişafı üçün mükəmməl və işlək qanunların hazırlanması və qəbul edilməsidir.
Bu baxımdan bir hüquqşünas kimi məqsədim təklif olunan qanunların
hazırlanmasında ümumxalq və dövlət maraqlarına uyğun fəal
iştirak etməklə, qəbul edilməsini təmin etməkdir. Bununla yanaşı məqsədim, dövlətçiliyimizin
qorunması və sosial iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün şəxsən
hazırladığım qanunların, qanunlara dəyişikliklərin və təkliflərimin Milli Məclisdə
qəbuluna nail olmaqdır.
Hazırladığım həmin lahiyələrdən bir çoxunu əziz seçicilərə təqdim edirəm:
KORRUPSİYAYA QARŞI SƏMƏRƏLİ
MÜBARİZƏNİN TƏŞKİL EDİLMƏSİ
Rəhbər vəzifələrə
şəxsin 5 ildən artıq müddətə təyin olunmasını qadağan edilməsi və həmin şəxsin
fəaliyyət müddətində aşkar oluna biləcək korrupsiya qanun pozuntularına görə
inzibati və cinayyət məsuliyyətinə cəlb olunma müddətinin müddətsizliyi və
bununla bağlı
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa
“Korrupsiyaya
qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası
Cinayət Məcəlləsininə müvafiq dəyişiliklərin edilməsi
PROKURORLUĞUN NADZOR FUNKSİYASININ
TƏKMİNLƏŞDİRİLMƏSİ
Dövlət
ittihamçısı funksiyasının və müvafiq idarənin Azərbaycan Respublikasının Baş
Prokurorluğu nəzdindən ayrılması və müstəqul fəaliyyətinin təşkili və eyni
zamandada Azərbaycan Respublikasının Baş
Prokurorluğunun nəzarət (nadzor) funksiyasının
ayrılacaq idarəyədə aid edilməsi
hüquq-mühafizə orqanlarının effektiv fəaliyyətini və məhsuliyyətini, qanunların
aliliyini, fiziki və hüquqi şəxslərin hüquqlarının əhəmiyyətli dərəcədə
qorunmasnda hüquqi bazanin, şəraitin yaranmasına və sosial ədalətinin ali səviyəsinin
bərqərar olmasına xidmət etmiş olacaq.
Belə təcrübə bir neçə xarici ölkələrdə hal-hazırda müvəfəqiyətlə tətbiq
edilir.
VƏTƏNDAŞLARIN HƏR BİR MƏHKƏMƏ
İNSTANSİYASINA MÜRACİƏTİNİN ASANLAŞDIRILMASI
Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 407.4-cü və 408.1-ci maddələri Azərbaycan Respublikasının
Konstitusiyasının 60-cı maddəsinə dolayısı da olsa məhdudiyyət yaradır. Məlumdur
ki, heç bir qanun norması ölkənin əsas qanuna yəni Konstitusiyasına ziddiyyətli
ola bilməz. Bu halda vəkilin orderinin olması və şikayətin vəkil tərəfindən tərtib
edilməsi tələbi vətəndaşın məhkəməyə müraciət etmək hüququna məhdudiyyət
yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4-cü və
408.1-ci maddələrində dəyişilik edilməli “vəkilin orderi və” sözləri
çıxarılmalıdır. Bununla da vətəndaşların konstision hüquqlarından heç bir məhdudiyyət
olmadan istifadəsi bərpa olunmalıdır.
MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA
QANUNUNA DƏYİŞİLKİLƏRİN EDİLMƏSİ
Ən
əsas məqam isə hakimlər və məhkəmələrlə bağlıdır. Məhkəmələrin fəaliyyətini
tənzimləyən və nəzarət edən orqan məhz məhkəmə hüquq şurasıdır, İlk növbədə
hakimlərin müstəqilliyi bərpa olunmalıdır. Hakimlərin fəaliyyət qabiliyyəti
mütəmadi yoxlanılmalıdır, hakimin intizam məsuliyyətinə cəlb edilməsi bağlı
araşdırmaya şikayətçi və şikayət olunan hakim bərabər cəlb olunmalı və onların
iştirakı ilə araşdırma aparılmalıdır. Məhkəmələr və hakimlər haqqında
Azərbaycan Respublikasının Qanunun 111-ci maddəsinə əsasən
hakimlərə qarşı intizam icraatının başlanmasına səbəblərdən biri
kimi fiziki və hüquqi şəxslərin şikayətləri müəyyən edilmişdir.
Lakin bu günə kimi belə bir praktika olmayıb. Hakimliyə təyinat isə məhz
müəyyən effektiv hüquqi təcrübədən sonra ən aşağısı 15 illik təcrübədən
sonra təyinat olunmalıdır. Hakimlərin sosial şəraiti və maddi təminatı xeyli
dərəcədə artırılmalıdı. Məhkəmə hüquq şurasının üzvlərinin sayı artırılmalı,
onların səs vermə mexanizmi dəyişdirilməlidi və
Şuraya ictimai nəzarət mexanizmi yaradılmalı və bu üzvlər bir
dəfədən artıq təkrar seçilməməlidirlər.
İCRA HAQQINDA QANUNA DƏYİŞİLİKLƏR
EDİLMƏSİ, TƏQAÜD VƏ PENSİYALARDAN TUTUMLARIN
QADAĞAN EDİLMƏSİ
Azərbaycan
Respublikası Milli Məclisindən “İcra haqqında” Azərbaycan
Respublikasının Qanununa 43.1.2-ci maddəsində və 65.4-cü maddəsində müvafiq dəyililiklər
edilməsi və tələbin borclunun pensiya və təqaüdünə yönəldilməsi məhdudlaşdırılmalıdır.
Təklif olunan dəyişikliklərin qəbul edilməsi xəstə, əlil və yaşlıların
sosial hüquqlarının bərpa olunmasına və
onların Konstision haqlarının sosial qaydalara uyğun olaraq layiqli həyat səviyyəsini təmin etmiş olacaq.
Eyni zamanda kredit və kommersiya təşkilatların əhalinin aztəminatlı və riskli
təbəqəsinin kreditləşməsində məsuliyyətini artırmış olacaq.
SAHİBKARLIĞIN İNKİŞAFI VƏ BİZNES
MÜHÜTİNİ YAXŞILAŞDIRILMASI
Sahibkarlıq fəaliyyəti sahəsində qanunvericiliyə müvafiq zəruri
dəyişiliklər edilməlidir. Bu halda həm sahibkarların fəaliyyətinə sərbəstlik
verilməklə, monopoliyanın və korrupsiyanın aradan qaldırılmasına, bolluğun və
yeni iş yerlərinin yaranmasına şərait yaratmaq mümkündür. Buda öz növbəsinə
iqtisadi mühitin və əhalinin sosial
şəraitinin yaxşılaşdırılması deməkdir. Bu məqsədlə “Azərbaycan Respublikasının
rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması”
Qaydalarının təkminləşdirilməsi,
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiliklərin
edilməsini təklif edirəm və bu təkliflərin mahiyyəti ondan ibarətdir ki, “Azərbaycan
Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta
əməliyyatlarının aparılması Qaydaları” na əsasən malların ölkəyə idxalını təsdiq edən
gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilmiş 270 (iki yüz
yetmiş) gün müddət xeyli uzadılmalı, kömrük ekspertizasının keçirilməsi
elektron qaydada sadələşdirilməli və geçikdirilmələrə görə inzibati orqanların
məsuliyyəti müəyyən edilməlidir.
Prioritet
məsəllərin həllinə dair hazırladığım layihələrin Milli Məclisdə qaldırılması və
onların qəbul edilməsini təmin etməkdir:
Ailə
institutun bərpa edilməsi, ailələrin dağılmasının qarşısını almaq məqsədi ilə
dövlət proqramının qəbul edilməsi və Azərbaycan Respublikası Ailə Məcəlləsinə
müvafiq dəyişikliklərin edilməsi, nigah müqavilələrinin nigaha qədər məcburiliyi,
yaxın qohumlar arasında nigahın yolverilməməzliyini təmin edən qanunvericiliyə dəyişikliklərin
qəbul edilməsi,
KİV və JURNALİSTLƏR HAQQINDA
QAYDALARIN VƏ SENZURANIN TƏTBİQİ VƏ NƏZARƏTİN TƏMİNİ
Bir
hüquqşünas kimi qeyd etmək istəyirəm ki, səhnəni, efiri və mətbuatı duel
meydanına çevirənlər öz qeyri etik və qeyri əxlaqi hərəkətləri ilə xalqımıza,
dilimizə, dövlətimizin rəmzlərinə biganəlik və hörmətsizlik edirlərin “söz azadlığı”, “özünü sərbəst ifadə etmək” və
sair bu kimi demokratik anlayışlara heç
bir aidiyyəti yoxdur. Belələrinin kütləvi İnformasiya vasitələrinə çıxışçının məhdudlaşdırılması
üçün mexanizmin yaradılması və tətbiqi
Yuxarıda
qeyd etdiklərimlə yanaşı seçki Platformamın tərkib hissəsi:
-Ana dilimizin bütün təhsil müəssisələrində tədrisi və təbliği , bütün orqan
və təşkilatlarda ana dilimizin tam şəkildə istifadəsini təmin etmək,
-İnkişaf etmiş Avropa ölkələrinin istifadə etdiyi “SSRİ təhsil sistemi”nin
qəbul edilməsi və onun tətbiqinə nail olmaq,
-Tibbi sığortanın dövlət büdcəsi hesabına aparılması və bütün növ müalicə
xərclərinin dövlət sığortası hesabına təmin etmək,
-Bank kredit faizlərinin 6% qədər endirilməsi və kredit üçün əlavə xərclərin
qadağan edilməsi,
-Kənd əhalisinə fərdi təsərrüfatlarının yaradılması üçün faizsiz kreditlərin verilməsi və özünün məşğulluğun
təmin edilməsi,
-Ailələrinin rəsmi gəlirinə uyğun olaraq
sosial müavinət və yardımların müəyyən edilməsi və bu tip təyinatların müəyyən
edilməsi müraciət olunmadan aşkarlanması və təyin edilməsi, uşaq pullarının
verilməsi,
-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda veteran, müharibə əlilləri,
şəhid ailələrin, hərbi və güc strukturda xidmət etmiş şəxslərin maddi və mənzil
təminatının sistem halına salınması
-Milli kimliyimizin, adət-ənənələrimizin qorunması üçün ziyalılardan və ağsaqqallardan
ibarət səlahiyyətli inzibati və ictimai nəzarətin təşkil edilməsi,
kimi təklif və layihələrin qəbul edilməsinə nail olmaqdır.
Əziz seçicilər təklif, məsləhət və iradlarınızı bildirmək üçün
051-408-26-16, 070-712-18-44 nömrələrə və 077-562-11-88 WhatsApp nömrəsi ilə
müraciət edə bilərsiz.
“Mənim səsim sizin səsinizdir, haqqa səs verin
ki, ədalət hakim olsun!”
SNN NEWS-Haber