Hörmətli seçicilər, əziz dostlar,
01 sentyabrda keçiriləcək VII çağrış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 75 saylı Yardımlı-Masallı Seçki Dairəsindən namizədliyim qeydə alınıb. Əvvəla, mənə dəstək verən hər bir seçiciyə, hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm və sizlərə öz minnətdarlığımı bildirirəm.
Əlbəttə ki, seçkilərə qatılmağım öz istəyimlə yanaşı, əziz həmyerlilərimin arzusu və tələblərinə əsaslanır. İllərlə siyasi-ictimai fəaliyyətimə görə hiss etdiyim rəğbətiniz mənə parlament seçkilərində də ruh və ilham verir. Sözsüz ki, seçkinin nəticələri məhz siz seçicilərin aktivliyindən və iradəsindən asılıdır.
Xüsusi ilə qeyd edim ki, hüqüqşünas və qazi olaraq və ən əsası XALQIN İÇİNDƏN çıxan biri kimi, dövlət və dövlətçilik əsas şərt olmaqla, cəmiyyətimizin sosial-iqtisadi problemlərinin həlli, milli-mənəvi və mental dəyərlərimizi qorumaq, adət və ənənələrimizə sadiqliyimizi möhkəmləndirmək üçün əzmlə çalışmaq şərəf borcum və öhdəliyimdir.
Əziz seçicilərimiz mənə etimad göstərərsə, Azərbaycan Respublikası Konstitusiyasının və "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununun tələb və səlahiyyətləri çərçivədə məsuliyyətlə fəaliyət göstərəcəyimə, doğma vətənimizin rifahı və seçici məmuniyyəti üçün bütün güc və imkanları səfərbər edəcəyimə əmin ola bilərsiz.
Hörmətli seçicilər,
deputatlığa namizəd olaraq seçkiyə geniş məzmunlu
"SEÇKİ PLATFORMASI" və
"HAQQA SƏS VERİN Kİ, ƏDALƏT HAKİM OLSUN!"
şüarı ilə qatılmışam. Seçki platformam Azərbaycan Respublikasının Konstitusiyasının müəyyən etdiyi sosial yönümlü dövlət quruculuğuna əsaslanır. Təmsil etdiyim Milli Cəbhə Partiyasının ideoloji xətti də Konstitusiyamızın əsasına uyğun olaraq, sosial demokratiya prinsipləri üzərində siyasi fəaliyyətini qurur. Həmin prinsiplərə əsaslanaraq hazırladığım geniş məzmunlu seçki platformasını seçkiqabağı təşviqat komapniyası prosesində təqdim edəcəyəm.
Dövlətimiz, xalqımız üçün xeyirli və düşərli olsun İnşəAllah!
HAQQA SƏS VERİN Kİ, ƏDALƏT HAKİM OLSUN!
Hörmətlə Vüqar Dadaşov.
"TANITIM
Dadaşov Vüqar Piri oğlu 18.12.1972-ci il tarixdə Yardımlı rayonu Bozayran kəndində anadan olub.
1980-ci ildə Bozayran kənd orta məktəbinin 1-ci sinfinə qəbul olub,
1990-cı ildə Azərbaycan Respublika Olimpiadasının mükafatçısı olmaqla
1990-cı ildə Bozayran kənd orta məktəbini fərqlənmə diplomu ilə bitirib.
23.06.1992-12.02.1996-cı illərdə Azərbaycan Respublikası DİN DQ tərkibində Zəngilan, Ağdam, Fizuli-Horadiz istiqamətlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirak edib. 22.09.1993-ci ildə Zəngilanda rayonun müdafiəsi zamanı yaralanıb
12.02.1996-cı il tarixdə ordudan təxsis olunub.
1996 - 2014-cü illər Rusiya Federasiyasında yaşayıb.
Rusiyada
-2001-2006-cı illərdə Moskva Humanitar Akademiyasının hüquqşünaslıq fakültəsini,
-2002-2003-cü illərdə “Bilik Elmi Mərkəzin”in “Nəqliyyat infrastrukturu” ixtisası,
-2007-2008-ci illərdə isə “Ural Ali Məktəblər Assosiasiyasının” “İngilis dili” pedaqoji tədris kursunu bitirib. Rusiyada hüquq-mühafizə sistemində, vəkillər ittifaqında, o cümlədən də “Ümumrusiya Azərbaycanları Konqresi” diaspor təşkilatında müxtəlif vəzifələrdə çalışıb.
2014-cü ildən Azərbaycanda yaşayır, Azərbaycan Respublikası vətəndaşıdlr.
2014-cü ildən də ictimai-siyasi fəaliyyətlə məşğuldur.
2018-ci il Azərbaycan Respublikası Prezident seçkilərində Prezidentliyə namizəd Razi Nurullayevin vəkili olub.
09.02.2020-ci il Milli Məclisə 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.
07.02.2024-cü il Azərbaycan Respublikası Prezident seçkilərində Milli Cəbhə Partiyasının (namizəd Razi Nurullayev) səlahiyyətli nümayəndəsi olub.
Hal-hazırda Milli Cəbhə Partiyasının başqan müavini, MCP-nın Hüquq Şöbəsinin müdirudir.
2014-cü ildən başlayaraq Azərbaycan Respublikası mətbu orqanlarında, elektron mediada yazılarları dərc edilir. Kütləvi informasiya vasitələrində siyasi ekspert, hüquqşünas kimi çıxış edir. Tarixi, elmi-fəlsəfi, milli-ideoloji, siyasi mövzuda əsər və kitablar, 500-dən çox publisistik məqalə müəllifidir. Kitabları Azərbaycan tarixi kateqoriyasına aid edilib.
Azərbaycan Respublikası DİN DQ-nın “Müharibə veteranı”, Prezident təqaüdçüsüdür. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ailəlidir, iki övladı var."
Комментариев нет:
Отправить комментарий