Azərbaycanda Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərman imzalamışdır. Həmin Fərmana uyğun olaraq Məhkəmə-hüquq sisteminin fəaliyyətinin yaxşılaşdırılması üçün işlər davam etdirilir.
Sözsüz ki, məhkəmə-hüquq sistemində aparılan islahatların əsas
məqsədi, dövlət idarəetmə sisteminin üç hakimiyyət (qanunverici, icraedici və məhkəmə hakimiyyəti) qolundan biri olan məhkəmə hakimiyyətinin gücləndirilməsi, cəmiyyətin
məhkəmə-hüquq sisteminə inamının artırılmasıdır. Hələ 2018-ci ildə Məhkəmə-hüquq sistemində vacib sayılan sahələr üzrə lahiyyələr və təkliflərlə Milli
Məclisə müraciət etmişəm.(Təklif olunan həmin dəyişikliklər barəsində bu linkdən
məlumat ala bilərsiz:( http://siam.az/siyaset/57369-vuqar-dadaov-mhkm-sistemind-islahatlar-davam-etmlidir.html)
Ancaq bu sahədə aparılan
işlər əsaslı olaraq müəyyən narahatçılıq yaradır. Bildiyimiz kimi, 29 mart
2019-cu il tarixli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 12 fevral 2020-ci tarixdə Mediasiya Şurası yaradılmışdır hansı ki, vəzifəsi və
hədəfi mübahisələrin məhkəmədən kənar həlli və məhkəmələrin iş yükünün
azaldılması kimi müəyyən edilmişdir.
Ardınca, 16 iyun 2021-ci
il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində edilmiş dəyişiliklərə əsasən Məhkəmə "əsassız vəsatət və
şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə
aşkar surətdə maneçilik törədən" tərəfi, onların nümayəndələrini
və ya vəkillərini 500 manatadək cərimə edə biləcək.
25 iyun 2021-ci il tarixli
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə
əsasən isə məhkəmələrə müraciət etmək üçün tələb olunan dövlət rüsumu xeyli miqdarda artırılmışdır. Məsələn, əvvəl
qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi
icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumu
10 manatdan 40 manata qədər idisə indi ən 100 manat dövlət rüsumu müəyyən
edilmişdir.
Təkcə yuxarıda göstərilən bu üç dəyişikliklər bürokratiya yaratmaqla,
məhkəmələrə əhalinin müraciətində maddi çətinlik yaradır, vəkil fəaliyyətini əhəmiyyətsiz
və təsirsiz edir.
Mediyasiya institutunun yaradılması ilə bağlı qeyd edim ki, bu Qanuna
qədər Azərbaycan Respublikası qanunvericiliyində hüquqi şəxslər arasında və eləcə
də fiziki şəxslərlə hüquqi şəxslər arasında mübahisələrin məhkəmə baxışının
mümkünlüyü üçün qarşı tərəfə “Pretenziya”nın verilməsini kimi tələblər
mövcuddur . Həmin tələbə əsasən tərəflər yaranmış mübahisəni həll etmək üçün
qarşı tərəfə Pretenziya ilə müraciət etməli və mübahisəni öz aralarında həll
edilmədikdə, Pretenziya rədd edildikdə mübahisə Məhkəmə predmet kimi icraata qəbul
edilə bilər. Xüsusi ilə qeyd edim ki, Mediyasiya xidməti tərəfləri barışmağa məcbur
edə bilməz və təklifləri də tərəflər
üçün məcburi yox, tövsiyə xarakterlidir. Mediyasiya xidməti ancaq mübahisənin tərəflər
arasında həll olmadığını sübut edən sənədi verdikdən sonra Məhkəmə həmin
mübahisə üzrə işi icraata qəbul etməlidir. Sualda elə ondadır ki, heç bir təsir
imkanlarına malik olmayan Mediyasiya xidmətinin “Pretenziya” mərhələsindən əhəmiyyətli
fəqri nədədir? Bunun üçün əlavə xidmətin yaradılması yox, Pretenziya mərhələsini
təkmiləşdirmək daha effektiv ola bilərdi. Mediasiya xidməti mahiyyətcə əlavə
bürokratiya yaradan və subyektin məhkəməyə müraciətini əngəlləyən bir vasitədir.
Azərbaycanda ailə institutun möhkəmləndirilməsi,
boşanmaların qarşısını almaq üçün Mediyasiya xidmətindən daha əhəmiyyətli vasitələrin
tətbiqi hədəflənən nəticəni verə bilərdi. Belə təkliflərin bəziləri haqqında
layihəni hələ 2018-ci ildə Milli Məclisə
təqdim etmişəm və həmin təkliflər mahiyyətcə (https://snn-news-haber.blogspot.com/2019/08/snn-news-haber-qadnlar-niy-ax-bosanrlar.html) nigahın rəsmi
bağlanması ilə paralel “nigah müqaviləsi”nin məcburiliyi, 3 yaşına qədər azyaşlı uşaqları olan valideynlərin
boşanmasının qadağan edilməsi, boşanmadan
sonra uşağın kiminlə qalmasının müəyyən edilməsi zamanı valideynlərin təhsil səviyyəsi, yaşayış yeri, işi-gəlirləri,
sağlamlığı, məhkəmə tərəfindən valideynlərə barışmaq üçün verilən 3 ay müddətin
daha çox uzadılması və alimentin təyin edilməsi Azərbaycan Respublikasında uşaqlar
üçün yaşayış minimumuna uyğun deyil, Azərbaycan Respublikası Ailə Məcəlləsinin
76-cı maddəsinə əsasən müəyyən edilməsi əsas şərt olaraq tətbiq edilməsindən ibarətdir .
Vəkillərin onsuzda məhdud səlahiyyətlərinin daha da azaldılması (əsassız
vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll
edilməsinə aşkar surətdə maneçilik törədən" tərəfi, onların nümayəndələrini
və ya vəkillərini 500 manatadək cərimələnməsi) məhkəmə çəkişməsində vəkili təsirsiz
və əhəmiyyətsiz hüquq müdafiəçisi etməklə iş üzrə ədalətli qərarın çıxarılmasına
şübhələr yaradır. Bu tətbiq vəkili, müdafiəçini formal və mənasız iştirakçıya
çevirir. Əvvəla qeyd edim ki, dünyanın heç bir hüquqi dövlətində hüquq müdafiəçiləri
üçün belə bir absurd məhdudiyyət yoxdur. Azərbaycanda nümayəndəlik institutunun
ləğvi, vəkillər ittifaqına alternativ
qurumun olmaması bu qurumu hüquq yardım sahəsində
monopolisti etməklə bu sahədə rəqabət və peşəkarlığın inkişafını yox dərəcəsinə
endirir.
Məhkəmələrə müraciət etmək üçün tələb olunan dövlət rüsumunun xeyli
miqdarda artırılması isə əhalinin məhkəmələrə müraciət etmək hüququndan istifadəsini
çətinləşirir. Qeyd etdiyim kimi, qanunda son dəyişikliklərə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə
əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin
verilməsinə görə dövlət rüsumu 100 manat miqdarında müəyyən edilmişdir. Ölkə
üzrə tətbiq edilən dövlət rüsumları, cərimələr və sair ölkədə qüvvədə olan
minimum əmək haqqına (250 manat), yaşayış minimuma (196 manat) uyğun mütənasibdə olmalıdır. Əmək haqqının
yarısı miqdarında dövlət rüsumunun müəyyən
edilməsi hansı məntiqə, elmə uyğundur?
Yazıda qeyd etdiyim
ardıcıllığa fikir verəndə belə bir qənaətə gəlirsən ki, dövlətimizin Məhkəmə-hüquq
sistemində apardığı islahatları qanun lahiyəsi hazırlayanlar və qanun qəbul edənlər
“məhkəmlərin iş yükün azaldılmasını” kimi hərfi mənada anlayırlar. Məhkəmə- hüquq sisteminin
fəaliyyətində keyfiyyət əmsalı kəmiyyət əmsalı ilə dəyişik salınır, məhkəmələrin
iş yükün azaldılması o demək deyil ki, mümkün inzibati yollarla əhalinin məhkəmələrə
müraciətlərinin qarşısı alınmalıdır. 250 manat əmək haqqı alan 100 manat dövlət
rüsumu ödəyərək Məhkəməyə getməyəcək, vəkil cərimələnəcək deyə vəsatət verməyəcək-işlər
araşdırılmadan tez yekunlaşacaq, ölkədə nümayəndəlik institutu ləğv edildiyindən
və vəkillər ittifaqının alternativinin yoxluğundan bu təşkilat təsirsiz formal
bir qurum kimi faktiki müşahidəçi halına salındığından hüquqi müstəvidə mübarizə
aparmayacaq, mediasiya xidməti əlavə bürokratik maneə yaratdığından məhkəməyə
müraciət etmə əngələnəcək-gecikdiriləcək və
sözsüz ki, nəticədə məhkəmələrin iş yükü azalacaq-daha doğrusu baxılan
işlərin sayı azalacaq, həll olunmamış məsələlər isə cəmiyyətdə qalacaq. Əgər ölkəmizdə Məhkəmə-hüquq
sistemində aparılan islahatların məqsədi məhkəmələrin iş yükünün azaldılması
kimi anlaşılırsa, onda bu islahatlar Sahil
Babayevin əhalinin sosial müdafiəsi sahəsində apardığı “islahat” kimidir.
Məhkəmələrə müraciətlərin məhdudlaşdırılması ilə yaranmış belə bir vəziyyət
hansı göstəriciləri ilə islahat adlana bilər?
Vüqar Dadaşov
Hüquqşünas, MCP-nin SŞ-nın üzvü, Qarabağ qazisi