Azərbaycanda
rus sülhməramlıların müvəqqəti yerləşdiyi məsuliyyət zonasında Rusiya və İran
öz hərəkətlərini birgə koordinasiya edir. Paşinyan hakimiyyəti ilə 44 günlük
müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda keçirilmiş növbədənkənar
seçkilərdə Paşinyanın yenidən qələbə qazanmasının əsas səbəbi erməni cəmiyyətinin
ümumən Qarabağ yükündən azad olmaq, qonşularla sülh istəyi idi. Ermənistanda
son proseslər açıq şəkildə göstərir ki, İrəvan hakimiyyəti Qarabağ adlı
problemin mövcudluğun belə xatırlamaq istəmir və görünən də odur ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq niyyətindədir, ancaq Rusiya və
İran Paşinyan hakimiyyətinə bu niyyətini
reallasdırmağa imkan vermir. Düzdür Fransa, ABŞ-da konfliktin tam həllində
maraqlı deyil. Ancaq Rusiya üçün konfliktin dirçəlməsi onun regionda üzün müddətə
mövcudluğunu təmin edən vasitə olduğundan Qarabağda konfliktin dirçəlməsi
Rusiya üçün geosiyasi hədəfdir.
Bəli, Rusiya
və İran isə bölgədə Qarabağ adlı problemi dirçəltmək niyyətindədir. Buna görə də
Rusiya tərəfindən Ermənistan müəyyən mənada proseslərdən kənarlaşdırılıb.
Qarabağ ətrafında diqqəti cəlb edən ən son vacib proseslərdən biri - rus sülhməramlıların
komandanı general Rüstəm Muradovun ənənəvi rus işğalçı siyasətinin mahir icraçısı Mixail Kosabokovla əvəzlənməsidir hansı ki,
bu Kosobokov Gürcüstanın Abxaziyasının, Ukraynanın Donbasının, Krımının
işğalını həyata keçirən mühüm fiqurlardan biridir. Sözsüz ki, Rusiya bu addımı ilə Azərbaycan
açıq şantaj və hədə etmiş oldu. Təbii ki, Azərbaycanda adekvat addımlar atmaq məcburiyyətindən
çıxış edərək ilk öncə Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirdi,
Gorus-Qafan yolunun Azərbaycan hissəsində polis postları qurub, İrandan gələn
maşınları nəzarətə götürdü. Azərbaycan eyni zamanda Qarabağa İranın yük
maşınlarının və digərlərinin sərbəst giriş-çıxışı bağlı Rusiyaya narazılıq məktubları
ünvanladı və müvəqqəti fəaliyyət göstərən Laçın koridoruna vizual nəzarəti gücləndirtdi.
Sentyabrın 12-dən isə Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı
qüvvələrinin iştirakı ilə “Üç qardaş -
2021” beynəlxalq hərbi təlimlərinə start verildi. Xatırlamaq yerinə düşər ki,
Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri rus sülhməramlıların məsuliyyət
zonasında keçirdiyi hərbi təlimlərdən bir gün sonra keçirilib. “Üç qardaş -
2021” beynəlxalq hərbi təlimlərin Bakıda keçirilməsi isə geniş ictimaiyyətə məlum
olmayan mümkün təhlükələrin qarşısını almağa hesablana bilər. 44 günlük müharibə
zamanı Bakıya atılan raket hücumları haqqında az danışsaq da dövlətimizə və
xalqımıza hər şey bəllidir.
Qısa dövr üzrə proseslərin ardıcıllığı və ümumən rus-fars tandeminin Azərbaycana
qarşı ənənəvi nifrət siyasəti onu deməyə əsas verir ki, rus sülhməramlıların məsuliyyət
zonasında hərbi müstəvidə əməliyyatlar gözləniləndir. Hər şey açıq-açıqcasına bəllidir, Rusiya
regionda konfliktin dirçəlməsinə və rus ordusunun Azərbaycanda uzun müddətə
qalması üçün əsaslar yaratmağa çalışır. İranın istəyi təbii ki, son yüzilliklərə
uyğun olaraq Rusiya ilə eyni amala xidmət edir və ümid edir ki, Qarabağ
konflikti ilə Azərbaycanın inkişaf tempini, hərbi gücünü azalda biləcək və nəticə
etibarı ilə Cənubi Azərbaycanın istiqlalını əngəlləyə biləcəkdir.
Böyük ehtimalla Qarabağda Rusiya-Azərbaycan hərbi qarşıdurması gözlənilmir,
ancaq ruslar tərəfindən təsirli təxribatlar mümkündür, Türkiyə-Azərbaycan, Pakistan-Türkiyə-Azərbaycan
müttəfiqliyi, hərbi təlimləri rusların bir başa silahlı qarşıdurmadan çəkindirən
şərtlərdir. Çox güman ki, Rusiya Azərbaycanın
tələbləri ilə razılaşacaq, 10 noyabr və 11 yanvar üçtərəfli Bəyanatlarının
icrası ilə bağlı praktik addım atacaqdır. Əks təqdirdə isə vəziyyət Rusiyanın məsuliyyət zonasında Azərbaycanın hərbi əməliyyatlar keçirməsinə mane olmamağını
şərtləndirəcək və nəticədə Xankəndinin, ətraf
ərazilərin Azərbaycanın yurisdiksiyasına keçməsi reallaşacaq.
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi