01 sentyabr
2024-cü il Milli Məclisə növbədənkənar
seçkilərə 75 saylı Yardımlı-Masallı seçki dairəsindən Milli Cəbhə Partiyası tərəfindən
deputatlığa namizəd liyi irəli sürülmüş
Vüqar Dadaşovun
Seçki Platforması
Hörmətli seçicilər,
deputatlığa namizəd olaraq seçkiyə geniş məzmunlu
"SEÇKİ PLATFORMASI" və "HAQQA SƏS VERİN Kİ, ƏDALƏT HAKİM OLSUN!"
şüarı ilə qatılmışam. Seçki platformam Azərbaycan Respublikasının Konstitusiyasının müəyyən etdiyi sosial yönümlü dövlət quruculuğuna əsaslanır. Təmsil etdiyim Milli Cəbhə Partiyasının ideoloji xətti də Konstitusiyamızın əsasına uyğun olaraq, sosial demokratiya prinsipləri üzərində siyasi fəaliyyətini qurur.
Bir vətəndaş və müharibə iştirakçısı kimi sözsüz ki, hər bir problemdən vacib dövlət və dövlətçiliyimiz, müstəqilliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün toxunulmazlığının ən yüksək səviyyədə təmin edilməsinə töhfə verməkdir.
Namizədi olduğu bölgənin sosial iqtisadi problemləri mənə çox yaxşı məlumdur və ilk növbədə infrastrukturun yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması, kommunal təminatın mükəmməl təşkili və ucuzlaşdırılması və limitlərin ləğv edilməsi, tibbi xidmət və müalicənin tam şəkildə dövlət təminatında olmasını, aztəminatlı ailələrin, veteran, qazı və şəhid ailələrinin sosial şəraitinin və maddi təminatı inkişaflı, veteran, qazı və şəhid ailələrinin xüsusi imtiyazlarla təmin edilməsi, təhsil sistemində inqilabi dəyişiklərin aparılması ən əsas məqsədlərimdəndir.
Milli Məclis ölkəmizin qanunverici hakimiyyətidir və bu orqanın əsas funksiyası ölkəmizin idarə olunması və inkişafı üçün mükəmməl və işlək qanunların qəbul edilməsidir. Bu baxımdan bir hüquqşünas kimi məqsədim təklif olunan qanunların hazırlanmasında ümumxalq və dövlət maraqlarına uyğun olaraq hazırlanmasında fəal iştirak etməklə, qəbul edilməsini təmin etməkdir. Bununla yanaşı məqsədim, dövlətçiliyimizin qorunması və sosial iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün şəxsən hazırladığım qanunların, qanunlara dəyişikliklərin və təkliflərimin Milli Məclisdə qəbuluna nail olmaqdır.
Hazırladığım həmin layihələrdən bir çoxunu əziz seçicilərə təqdim edirəm:
KORRUPSİYAYA QARŞI SƏMƏRƏLİ MÜBARİZƏNİN TƏŞKİL EDİLMƏSİ
Rəhbər vəzifələrə şəxsin 5 ildən artıq müddətə təyin olunmasını qadağan edilməsi və həmin şəxsin fəaliyyət müddətində aşkar olunacaq korrupsiya qanun pozuntularına görə inzibati və cinayyət məsuliyyətinə cəlb olunma müddətinin müddətsizliyi və bununla bağlı
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Cinayət Məcəlləsininə müvafiq dəyişiliklərin edilməsi
PROKURORLUĞUN NADZOR FUNKSİYASININ TƏKMİNLƏŞDİRİLMƏSİ
Dövlət ittihamçısı funksiyasının və müvafiq idarənin Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzdindən ayrılması və müstəqul fəaliyyətinin təşkili və eyni zamandada Azərbaycan Respublikasının Baş Prokurorluğunun nəzarət (nadzor) funksiyasının ayrılacaq idarəyədə aid edilməsi hüquq-mühafizə orqanlarının effektiv fəaliyyətini və məhsuliyyətini, qanunların aliliyini, fiziki və hüquqi şəxslərin hüquqlarının əhəmiyyətli dərəcədə qorunmasnda hüquqi bazanin, şəraitin yaranmasına və sosial ədalətinin ali səviyəsinin bərqərar olmasına xidmət etmiş olacaq. Belə təcrübə bir neçə xarici ölkələrdə hal-hazırda müvəfəqiyətlə tətbiq edilir.
VƏTƏNDAŞLARIN HƏR BİR MƏHKƏMƏ İNSTANSİYASINA MÜRACİƏTİNİN ASANLAŞDIRILMASI
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4-cü və 408.1-ci maddələri Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə dolayısı da olsa məhdudiyyət yaradır. Məlumdur ki, heç bir qanun norması ölkənin əsas qanuna yəni Konstitusiyasına ziddiyyətli ola bilməz. Bu halda vəkilin orderinin olması və şikayətin vəkil tərəfindən tərtib edilməsi tələbi vətəndaşın məhkəməyə müraciət etmək hüququna məhdudiyyət yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4-cü və 408.1-ci maddələrində dəyişilik edilməli “vəkilin orderi və” sözləri çıxarılmalıdır. Bununla da vətəndaşların konstision hüquqlarından heç bir məhdudiyyət olmadan istifadəsi bərpa olunmalıdır.
MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA QANUNUNA DƏYİŞİLKİLƏRİN EDİLMƏSİ
Ən əsas məqam isə hakimlər və məhkəmələrlə bağlıdır. Məhkəmələrin fəaliyyətini tənzimləyən və nəzarət edən orqan məhz məhkəmə hüquq şurasıdır İlk növbədə hakimlərin müstəqilliyi bərpa olunmalıdır. Hakimlərin fəaliyyət qabiliyyəti mütəmadi yoxlanılmalıdır, hakimin intizam məsuliyyətinə cəlb edilməsi bağlı araşdırmaya şikayətçi və şikayət olunan hakim bərabər cəlb olunmalı və onların iştirakı ilə araşdırma aparılmalıdır. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 111-ci maddəsinə əsasən hakimlərə qarşı intizam icraatının başlanmasına səbəblərdən biri kimi fiziki və hüquqi şəxslərin şikayətləri müəyyən edilmişdir. Lakin bu günə kimi belə bir praktika olmayıb. Hakimliyə təyinat isə məhz müəyyən effektiv hüquqi təcrübədən sonra ən aşağısı 15 illik təcrübədən sonra təyinat olunmalıdır. Hakimlərin sosial şəraiti və maddi təminatı xeyli dərəcədə artırılmalıdı. Məhkəmə hüquq şurasının üzvlərinin sayı artırılmalı, onların səs vermə mexanizmi dəyişdirilməlidi və Şuraya ictimai nəzarət mexanizmi yaradılmalı və bu üzvlər bir dəfədən artıq təkrar seçilməməlidirlər.
İCRA HAQQINDA QANUNA DƏYİŞİLİKLƏR EDİLMƏSİ, TƏQÜD VƏ PENSİYALARDAN TUTUMLARIN QADAĞAN EDİLMƏSİ
Azərbaycan Respublikası Milli Məclisindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa 43.1.2-ci maddəsində və 65.4-cü maddəsində müvafiq dəyililiklər edilməsi və tələbin borclunun pensiya və təqaüdünə yönəldilməsi məhdudlaşdırılmalıdır. Təklif olunan dəyişikliklərin qəbul edilməsi xəstə, əlil və yaşlıların sosial hüquqlarının bərpa olunmasına və onların Konstision haqlarının sosial qaydalara uyğun olaraq layiqli həyat səviyyəsini təmin etmiş olacaq. Eyni zamanda kredit və kommersiya təşkilatların əhalinin aztəminatlı və riskli təbəqəsinin kreditləşməsində məsuliyyətini artırmış olacaq.
SAHİBKARLIĞIN İNKİŞAFI VƏ BİZNES MÜHÜTİNİ YAXŞILAŞDIRILMASI
sosial-iqtisadi vəziyyətin yaxlaşdırılması, sahibkarlığın inkişafı, insiharçılığın aradan qaldırılması, azad biznes və ədalətli rəqabət mühitinin formalaşdırılması,
regionların iqtisadi və təbii imkanlarına uyğun olaraq istehsal sahələrinin yaradılması,
Sahibkarlıq fəaliyyəti sahəsində qanunvericiliyə müvafiq zəruri dəyişiliklər edilməlidir. Bu halda həm sahibkarların fəaliyyətinə sərbəstlik verilməklə, monopoliyanın və korrupsiyanın aradan qaldırılmasına, bolluğun və yeni iş yerlərinin yaranması şərait yaratmaq mümkündür. Buda öz növbəsinə iqtisadi mühitin və əhalinin sosial şəraitinin yaxşılaşdırılması deməkdir. Bu məqsədlə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının təkminləşdirilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiliklərin edilməsini təklif edirəm və bu təkliflərin mahiyyəti ondan ibarətdir ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” na əsasən malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilmiş 270 (iki yüz yetmiş) gün müddət xeyli uzadılmalı, kömrük ekspertizasının keçirilməsi elektron qaydada sadələşdirilməli və geçikdirilmələrə görə inzibati orqanların məsuliyyəti müəyyən edilməlidir.
Prioritet məsəllərin həllinə dair hazırladığım layihələrin Milli Məclisdə qaldırılması və onların qəbul edilməsini təmin etməkdir:
Ailə institutun bərpa edilməsi, ailələrin dağılmasının qarşısını almaq məqsədi ilə dövlət proqramının qəbul edilməsi və Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi, nigah müqavilələrinin nigaha qədər məcburiliyi, yaxın qohumlar arasında nigahın yolverilməməzliyini təmin edən qanunvericiliyə dəyişikliklərin qəbul edilməsi,
KİV və JURNALİSTLƏR HAQQINDA QAYDALARIN VƏ SENZURANIN TƏTBİQİ VƏ NƏZARƏTİN TƏMİNİ
Bir hüquqşünas kimi qeyd etmək istəyirəm ki, səhnəni, efiri və mətbuatı duel meydanına çevirənlər öz qeyri etik və qeyri əxlaqi hərəkətləri ilə xalqımıza, dilimizə, dövlətimizin rəmzlərinə biganəlik və hörmətsizlik edənlərin “söz azadlığı”, “özünü sərbəst ifadə etmək” və sair bu kimi demokratik anlayışlara heç bir aidiyyəti yoxdur. Belələrinin kütləvi İnformasiya vasitələrinə çıxışçının məhdudlaşdırılması üçün mexanizmin yaradılması və tətbiqi.
Yuxarıda qeyd etdiklərimlə yanaşı seçki Platformamın tərkib hissəsi:
-Ana dilimizin bütün təhsil müəssisələrində tədrisi və təbliği , bütün orqan və təşkilatlarda ana dilimizin tam şəkildə istifadəsini təmin etmək,
-İnkişaf etmiş Avropa ölkələrinin istifadə etdiyi “SSRİ təhsil sistemi”nin qəbul edilməsi və onun tətbiqinə nail olmaq,
- İcbari Tibbi sığortanın növündən asılı olmayaraq bütün tibb müəssisələrinə aid edilməsi, əhatə dairəsinin genişləndirilməsi,
-Bank kredit faizlərinin 6% qədər endirilməsi və kredit üçün əlavə xərclərin qadağan edilməsi,
-Kənd əhalisinə fərdi təsərrüfatlarının yaradılması üçün faizsiz kreditlərin verilməsi və özünün məşğulluğun təmin edilməsi,
-Ailələrinin rəsmi gəlirinə uyğun olaraq sosial müavinət və yardımların müəyyən edilməsi və bu tip təyinatların müəyyən edilməsi müraciət olunmadan aşkarlanması və təyin edilməsi, uşaq pullarının verilməsi,
-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda veteran, müharibə əlilləri, şəhid ailələrin, hərbi və güc strukturda xidmət etmiş şəxslərin maddi və mənzil təminatının sistem halına salınması
-Milli kimliyimizin, adət-ənənələrimizin qorunması üçün ziyalılardan və ağsaqqallardan ibarət səlahiyyətli inzibati və ictimai nəzarətin təşkil edilməsi
kimi təklif və layihələrin qəbul edilməsinə nail olmaqdır.
Əziz seçicilərimiz mənə etimad göstərərsə, Azərbaycan Respublikası Konstitusiyasının və "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununun tələb və səlahiyyətləri çərçivədə məsuliyyətlə fəaliyət göstərəcəyimə, doğma vətənimizin rifahı və seçici məmuniyyəti üçün bütün güc və imkanları səfərbər edəcəyimə əmin ola bilərsiz.
Mənim səsim sizin səsinizdir, haqqa səs verin ki, ədalət hakim olsun!
Hörmətlə Vüqar Dadaşov