Поиск по этому сайту

пятница, 14 июня 2024 г.

Zəngəzur və Göyçə necə qaytarılacaq?

 

44 günlük vətən müharibəsindən sonra, Ermənistan Azərbaycan arasında, SSRİ vaxtında Ermənistana verilən Azərbaycan torpaqlarının, xüsusən də Zəngəzur və Göyçənin geri Azərbaycana qaytarılmasını istisna edən hər hansı bir sənədin, sülh müqaviləsinin imzalanması mümkün deyil. Və bu fikirlərimi hələ 2020-ci ildən bu yana dəfələrlə qeyd etmişəm.
Beynəlxalq geosiyasi vəziyət, Azərbaycanın, onunla mübahisəsinin, dəyişdirilməsinin mümkün olmadığı hərbi və siyasi reallıqlar, dünyanın iqtisadi və enerji təhkükəsizliyində Azərbaycanın rolu elə bir vəziyyət yaradıb ki, Ermənistanın SSRİ vaxtında qanunsuz əldə etdiyi və onu saxlamağa çalışdığı 29.8 kv km ərazidən xeyli hissəsini Azərbaycana qaytarmaq məcburiyyətindədir. Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin mümkünlüyünə, prezident İlham Əliyevin Ermənistanın qonşu dövlətlərlə qarşı ərazi iddialarını əks etdirən Konstitusiyasının dəyişdirilməsi şərti, əslundə də elə Zəngəzurun Göyçənin və digər Azərbaycan torpaqlarının taleyi və Azərbaycana qaytarılması siyasəti ilə bağlıdır. Əlbəttə ki, indiki "Baqrat" vəziyyətdə Ermənistan baş naziri Paşinyanın konstitusiya dəyişikliyinə gedəcəyi heç inandırıcı görünmür. Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalamaslndan əvvəl komunikasiya xətlərinin açılmasının mümkünlüyünü vurğulaması, məhz Zəngəzur, Göyçə məsələsinin və Azərbaycana qaytarılmasının uzadılmasına çalışmasını göstərir. Paralel olaraq Paşinyanın Ermənistanın KTMT - dan çıxmaq istəyini dilə gətirməsi, onun Azərbaycan və Türkiyə ilə bütün məsələlərdə razılaşdığını göstərir. Bölgəyə kənar qüvvələrin müdaxiləsi Fransa nümunəsində Koledoniya, Paleneziya və sair ada dövlətlərin istək və hərəkətləri ilə məhdudlaşıb.
Sual olunur ki, Zəngəzur, Göyçə və digər torpaqlar necə Azərbaycana qaytarıla bilər?
Bu suala cavab verməzdən əvvəl xatırlamaq yerinə düşər ki, Ermənistan baş naziri ölkədaxili və xarici çıxış və bəyanatlarında Ermənistanı məhz 29,8 kv km ərazizi ilə göstərməyə çalışır. Bu həyacan, qorxu onu dəlalət edir ki, Ermənistanın Azərbaycan hesabına 9 min kv km-dan 29.8 kv km əraziyə qədər böyüməsi mübahisəsizdir və bu ərazilərin geri qaytarılması ehtimalı çox yüksəkdir. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, sərhədlərin delimitasiyası və sair Azərbaycan tərəfi bir dəfə də olsun öz ərazilərinin konkret sahəsini səsləndirməyib.
1920-ci il Paris sülh konfransında Ermənistanın ərazisi 9 min, Azərbaycan Demokratik Respublikasının ərazisi isə 114 min kv km sahə ilə tanınıb və bu günə kimi bütün arxiv sənədləri orjinal nüsxələrdə mövcuddur. Zorla SSRİ tərkibinə 114 min kv km ərazi ilə qatılan Azərbaycanın əraziləri Ermənistan başda olmaqla İttifaq respublikaları arasında Azərbaycanın heç bir razılığı olmadan, heç bir sənəd imzalamadan bölüşdürülüb. Ermənistan SSRİ tərkibinə 9 min kv km ərazi ilə daxil olduğu halda, Azərbaycan torpaqları hesabına genuşləndiyi 29.8 kv km ərazi ilə tərk edib. SSRİ dağıldıqdan sonra, Rusiya özünü SSRİ - nin, Azərbaycan Respublikası isə özünü Azərbaycan Demokratik Respublikasının hüquqi varisi elan edib. Əlbəttə ki, torpaqların geri qaytarılmasında BMT və digər Beynəlxalq Məhkəmələrdə Rusiyanın da tərəf kimi iştirakı vacibdir. Beynılxalq hüquqa görə indi Azərbaycan həmin torpaqlarını geri tələb edə bilər və beynəlxalq hüquqa görə udma ehtimalı çox yüksəkdir. Sözsüz ki, bu bir variant olarq hər zaman aktuallığını saxlayır.
10 noyabr üçtərəfli Moskva bəyannaməsinə Ermənistan baş naziri Nikol Paşinyan imza atmaqla həm kapitulyasiya olduğunu və həm də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləyib. Azərbaycanın bir milyondan çox əhalisini etnik təmizləməyə məruz qoyan, torpaqlarını 30 il işğalda saxlayan, 10 minlərlə yaşayış məntəqələrini: şəhərlər, qəsəbələr, kəndləri yerlə yeksan edən, inzibati və sənaye, kənd təsərrüfatı iqtisafi və sosial infrastrukturu məhv edən, ekaloji və təbii sərvətlərin talamçılığını həyata keçirən, Azərbaycan torpaqlarını istismar edən, milli, mədəni, mənəvi, tarixi keçmişi talayıb məhv edən Ermənistanın Azərbaycana vurduğu 820 milyard ABŞ dolları miqdarında maddi ziyanı (reparasiya) ödəmək məcburiyyətindədir. Əlbəttə ki, reparasiya həm pul və həm də əmlak şəklində ödənilə bilər. Ermənistanın iqtisadi və maddi vəziyyəti, onun ən azı 820 milyard reparasiya ödəmək imkanının sıfıra bərabər edir. Odur ki, tarixdə və beynəlxalq hüquqda olduğu kimi, Ermənistan Azərbaycana reparasiyanı toplaqları hesabına ödəyə bilər. Əhali sayı, qonşularla normallaşma, milli təhlükəsizliyinə zəmanət şərtləri Ermənistanın real müstəqilliyini, suverenliyini təmin edə bilər. Bu variant Ermənistan üçün ən məqbul variant hesab olunur.
Üçüncü variant həmişə gündəmdədir, sözsüz ki, bu hərb variantıdır. Beynəlxalq hüquqa görə, SSRİ dövründə Azərbaycanın razılığı olmadan onun torpaqlarının Ermənistana verilməsi bir tərəfdən, sonradan da Azərbaycan torpaqlarının 30 illik işğalına görə reparasiya hüququ, Azərbaycan üçün hərb variantını açıq saxlayır.
Ermənistan və Azərbaycan arasında, Zəngəzur və Göyçənin Azərbaycana geri qaytarılmasına mane yarada biləcək hər hansı bir siyasi və hüquqi sənədin imzalanmasınının mümkünsüzlüyünə bu qədər güclü inamımın əsasında ilk olaraq, Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Robert Koçaryanın mərhum prezident Heydər Əliyevlə Qarabağ-Mehri razılaşmasının imzalanmasının İlham Əliyevin istəyi ilə baş tutmaması barədə xatirələr kitabında qeydləridir.
90-cı illərdə Azərbaycan məğlub durumda olduğu halda belə, İlham Əliyevin belə bir mövqeyi, indiki halda qalib Azərbaycan dövləti, dünyanın ən güclü ordularından biri olan Azərbaycan ordusu, dünyanın ən nüfuzlu və bacarıqlı Azərbaycan prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevin beynəlxal nüfuzu və siyasi iradəsi, son illərdə beynəlxalq təşkilatların apardığı sorğularln nəticəsində məlum olduğu kimi, dünyanın 86% - lə ən vətənpərvər və döyüş istəyinə malik Azərbaycanın-hərb xalqının Zəngəzur və Göyçənin Ermənistanda qalmasını qeyri mümkün edir.
Vüqar Dadaşov
13.06.2024