Rusiya
xarici siyasətində özü üçün “qırmızı xətt”ni müəyyən edib və açıq-aşkar
qərb dünyasına, ABŞ başda olmaqla NATO üzvlərinə konkret mövqeyini bildirib.
Günü-gündən gərginləməkdə olan Rusiya-Qərb qarşıdurması özünü Ukrayna cəbhəsində daha kritik həddə
çatdırıb. Əksər analitiklərin proqnozlarına görə son dövr üçün Rusiya-Qərb
qarşıdurması ən pik həddədir və müharibə ehtimalını reallığa çevirir. Rusiya açıq bəyan edir ki, heç bir sanksiya
Rusiyanı elan etdiyi “qırmızı xətti”inə mövqeyini dəyişən deyil və hətta Rusiya
ABŞ başda olmaqla NATO-ya kəsə tələblər qoyub. Putinin baxışlarına görə NATO
Rusiyanın “qırmızı xətt”inə dirənib. İndiki Kreml hakimiyyətinin “qırmızı xətt”i
SSRİ dağıldıqdan sonra NATO-nun bir daha (6-cı dəfə) genişlənməsinə yol verməməkdir. Bu baxımdan
NATO Ukrayna cəbhəsində Rusiyanın bu istəyini qəbul etmək istəmir, Rusiyanın da
bu məsələdə NATO-ya güzəştə gedəcəyi də görünmür. Və hətta Rusiya açıq şəkildə
güc nümayiş etdirir və onun elan etdiyi maraqlarına yönələn hər hansı bir təcavüzə qarşı bənzəri olmayan
hərbi tədbirlər görəcəyi ilə hədələyir.
Görünür ki, bir müddət öncə (07.12.2021) ABŞ prezidenti
Bayden və Rusiya prezidenti Putin arasında keçirilmiş video görüşündə də heç bir razılığa gəlinməyib.
Hər ilin sonunda Putinin keçirdiyi ənənəvi mətbuat konfransında (23.12.2021)
Putin bir daha Rusiyanın mövqeyi barədə konkret olaraq tələblərini dilə gətirdi.
Ümumən Putin həmişəki kimi, keçmiş
SSRİ-ni respublikalarını sahibi kimi vərdiş etdiyi sitildə çıxış etdi. Hətta
Ukrayna adlı bir dövlətin olmadığını və bu ölkənin Lenin tərəfindən yaradıldığın
dedi. Baxmayaraq ki, Putinin bu mətbuat konfransında Cənubi Qafqaz mövzusu əsas mövzu olmasa da, Ukrayna timsalında
Rusiyanın keçmiş SSRİ respublikalarına qarşı hansı fikirdə olduğunu bir daha
açıq şəkildə göstərdi. Elə buna görə də Rusiya Qarabağ məsələsinin tam həll
edilməsinə mane olur və bölgədə öz mövcudluğunu təmin etməyə çalışır. Bu mətbuat
konfransı ilə Putin Rusiyanın keçmiş
SSRİ respublikalarının müstəqilliyinə ən başlıca təhlükə mənbəyi kimi qaldığını
növbəti dəfə də sübut etmiş oldu.
Ukrayna cəbhəsində Rusiya-NATO
qarşıdurması dərinləşməsi, dünyanın ən böyük ölkəsinə qarşı böyük oyunun bir mərhələsidir,
əsasən də aldadıcı, baş qarışdırıcı və diqqəti əsas hədəfdən və zərbədən
yayındıran qurulmuş prosesdir. Bu oyunda
sözsüz ki, Rusiya qarşı ABŞ-la sövdələşənlərin birincisi Çindir. Ukrayna ətrafında Rusiya-NATO qarşıdurması 10 sentyabr
2021-ci il tarixli Bayden və Çizin Pi arasında telefon danışığından sonra daha
da dərinləşib. 16 noyabr 2021-ci ABŞ prezidenti Co Bayden və Çin rəhbəri Çizin
Pi arasında virtual samitdə tərəflər bir-birlərinə müxtəlif təkliflər verməklə əməkdaşlığa
və sülh şəraitində mövcudluq barədə danışıblar. Sözsüz ki, ABŞ və Çin arasında
iqtisadi və siyasi qarşıdurma var, ancaq Rusiya qarşı ABŞ və Çin eyni məqsəd və hədəf üçün sövdələşməsinin
inandırıcı əlamətləri var.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp,
Çinin siyasətləri səbəbindən ABŞ iqtisadiyyatının ildə 500 milyard ABŞ dolları
itirdiyini açıqlayıb. Bunu D. Tramp “Fox News”a müsahibəsində deyib. Keçmiş
prezident Donal Tramp Baydenin Çinlə sövdələşməsinə eyham vuraraq Baydenin Çin
siyasətini kəskin tənqid edib. Yeri gəlmişkən keçmiş ABŞ prezidenti D. Tramp
özünün Rusiya sevgisi ilə tanınan tək bir prezident olub. Elə Trampın 2-ci dəfə
ABŞ prezidenti seçilməsinə əsas mane olan Rusiya amili oldu.
Maraqlısı da budur ki, ABŞ Çinə hansı
xidmətinə görə bu qədər iqtisadi güzəştə gedir baxmayaraq ki, beynəlxalq publik
siyasi arenada ABŞ Çin qarşıdurması, fikir ayrılığı görünür. ABŞ hətta Çini müsəlmanlara, uyğur
tüklərinə qarşı soyqırıma görə ittiham da edir. Qeyd etdiyim kimi ABŞ-ın Asiya,
Hind və Sakit Okean regionunda maraqlarının tam təmin edilməsinə mane olan əsas
qüvvə məhz Çindir. Ancaq Rusiya qarşı ABŞ və Çinin maraqları üst-üstünə düşdüyündən
onların sövdələşməsi real görünür.
Rusiyanın Uzaq Şərqi, Sibiri Çinin
iqtisadi və immiqrant nəzarətindədir. Məlumatlar var ki, Sibirin elə yaşayış məntəqələri
var ki, yerli rus əhalisi oranı tamamilə tərk edib və çinlilər həmin yerlərin
mütləq etnik çoxluğuna çevriliblər (nisbət
baxımından müqayisəsi o qədər də uyğun olmasa da, ermənilər Rusiyanın Qara dəniz
ətraflarında çoxluğa çevrildikləri kimi).
ABŞ tərəfindən 2021-ci ilin yayında faktiki
olaraq Əfqanıstanda hakimiyyətə gətirilmiş Talibanın da ABŞ qarşısında öhdəlilərin
olduğu şübhəsizdir. Məlumdur ki, Taliban Rusiya qarşı Mərkəzi Asiya istiqamətindən böyük problemlər yarada bilər və bu sadəcə
zaman məsələsidir.
Bu baxımdan Rusiya öz gücünü Ukrayna cəbhəsində
Qərb istiqamətdə, Avropa istiqamətində fokuslaması Rusiya üçün əlavə gərginlik
yaradır, daxili narazılıqlara səbəb olur, iqtisadiyyatını zəiflədir, Rusiyanın
təcavüzkar imicini gücləndirir. Real müharibə ritorikası artsa da
Rusiya – NATO bir başa hərbi
qarşıdurması ehtimalı olduqca azdır. Ukrayna
istiqamətində
Rusiya - NATO qarşıdurmasının uzun
sürünən müddətə saxlanması strateji baxımdan Rusiyanın Asiya və Çin istiqamətindən
demoqrafik, iqtisadi, siyasi, müqavimət imkanlarını zəiflədir, elə Ukrayna
istiqamətində gərginliyin saxlamasının bir hədəfi də budur.
Keçmiş SSRİ respublikaları daxilində
separatçı ərazilərdə Rusiyanın məharətlə
istifadə etdiyi “status kvo” üsulu Ukrayna məsələsində uzunmüddətli perspektivdə
Rusiya üçün fərqli nəticələr verir və bu
vəziyyət Rusiyanı Mərkəzi Asiya və Çin
istiqamətindən də daha çətin və müdafiəsiz hala gətirir. Ona görə də Ukrayna cəbhəsi Rusiyaya qarşı ən təsirli vasitə olaraq
istifadə olunacaq və müəyyən vaxta qədər uzadılacaq.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
24.12.2021