Ermənistan Azərbaycan sərhədində yaşanan gərginliyin aradan qaldırılması, sərhədlərin demarkasiyası prosesinə ATƏT-in Minsk qrupunun cəlb edilməsi və bu mövzu ətrafında müzakirə belə düzgün deyil. Azərbaycan öz tale yüklü məsələnin həllinə heç bir beynəlxalq təşkilatı buraxmamalıdır olsun ki, hələ Minsk qrupunu. Bu gün ABŞ və Fransa faktiki olaraq regionda heç bir real təsir imkanına malik deyil. Minsk qrupunun eksqumasiyası ancaq bu iki dövlətin siyasi maraqlarına xidmətin bərpası kimi, həmdə gələcəkdə həll edilmiş Qarabağ məsələsinin yenidən dirçəlməsi ehtimalını artırır. Bu halda ABŞ və Fransa Minsk qrupunun mandatı ilə regionda siyasi-diplomatik təsir imkanlarını əldə edə bilər.
Post müharibə dövründə Ermənistan-Azərbaycan
arasında ən həssas məsələ sərhədlərin demarkasiyası, erməni hərbi birləşmələrin,
silahlılarının Qarabağdan çıxarılması və
ən kommunikasiya məsələsi daha doğrusu Zəngəzur dəhlizinin açılışıdır. Bu üç
olduqca vacib məsələlərin həllində Minsk qrupu heç bir təsirə və imkana malik
deyil. 10 noyabr, 11 yanvar üç tərəfli bəyanata əsasən yuxarıda sadaladığım məsələlərin
icrası Rusiyanın məsuliyyətindədir. Sərhəd məsələsində isə Rusiya bir mənalı
olaraq söz sahibidir çünki, Rusiya SSRİ-nın varisi kimi Ermənistan Azərbaycan
arasında dəqiq inzibati sərhəd məlumatına, sənədlərə və arxiv materiallarına
malikdir və hansı ki, Azərbaycan maraqlarına uyğundur və indiki vəziyyətdə də Rusiyanın mövqeyi
neytral və ədalətli görünür.
Kəlbəcərdə son atışmadan
sonra Rusiya Müdafiə Nazirliyinin verdiyi “Ermənistan
yeni reallıqları qəbul etməlidir, əks halda Azərbaycan ərazi bütövlüyünü
qorumaq üçün qəti tədbirlər görəcək” açıqlaması Azərbaycanın maraqlarını
əks etdirir və sülhə məcbur etmə əməliyyatlarının başlanmasına yaşıl işıq
yandırır. Ancaq Minsk qrupu üzvü ABŞ və Fransa post müharibə dövründə də Azərbaycana
qarşı düşmən mövqeyində dəyişiklik etməyib . ABŞ Ermənistandakı səfirinin Azərbaycanın
Kəlbəcər rayonuna yaxın sərhədə bölgəsinə
səfəri və son Kəlbəcər atışmasından sonra ABŞ-ın Azərbaycana maliyyə yardımını
dayandırması ABŞ-ın Azərbaycana qarşı düşmən mövqeyinin son sübutlarındandır.
Fransadan isə heç danışmağa dəyməz, bu dövlət isə 1-ci erməni dövləti olduğunu
çoxdan təsdiq edib. Fəaliyyət dairəsindən asılı olmayaraq Minsk qrupunun bərpası
ümumən post müharibə dövründə baş tutacaq proseslərə müdaxilə imkanı yaradır və
təbii ki, ABŞ və Fransa Minsk qrupunun həmsədrləri kimi Rusiyanı
neytrallaşdırmaq və prosesi Rusiyanın
yekdil nəzarətindən çıxarmaq, Rusiyanı Azərbaycan və Türkiyə qarşı qoymaq
kimi məqsədlər güdəcək. Sözsüz ki, bu şəraitdə Ermənistan-Azərbaycan arasında
yekun nəticənin-sülh müqaviləsinin imzalanması
çətinləşəcək.
Minsk qrupunun post müharibə prosesinə
buraxılması üçün ABŞ və Fransanın canfəşanlığı fonunda Rusiya Azərbaycan üçün ədalətli
tərəfdaş kimi özünü göstərir. Ancaq bu o demək deyil ki, Rusiya öz oyununu
oynamır. Sözsüz ki, Rusiyanın da öz maraqları var, amma indiki real geosiyasi vəziyyətdə
Rusiya Azərbaycan və Türkiyə ilə tərəfdaş olmaqda NATO və Avropa Ittifaqı ilə çəkişmədə
müqavimət və dözümlülük əldə edir. Bu səbəbdən də Rusiya Azərbaycan və Türkiyə
maraqları ilə hesablaşmağa məcbur və bu vəziyyətdən də uduşludur.
Rusiya regionda maraqlarını təmin
edib, Azərbaycan və Türkiyə ilə ortaq məxrəcə gəlib, Zəngəzur dəhlizinin də
açılması yaxın zaman məsələsi kimi görünür. ABŞ və Fransanın Minsk qrupunun
eksqumasiyasına çalışması əsasən erməni sevgisi yox, Türkiyə, Rusiya və Azərbaycan
birliyini laxlatmaq, Rusiya türkiyə arasında çat yaratmaqdır. Belə bir Minsk
qrupu fəaliyyət dairəsindən asılı olmayaraq ancaq və ancaq Azərbaycana xələl gətirəcək
və buna əsla yol vermək olmaz.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas, Qarabağ qazisi