Putinin 1988-ci il Sumqayıt hadisələri
barədə açıqlarına verdiyim etiraza
Rusiya Prezident Administrasiyasından cavab verildi.
Rusiya Prezidenti Vladimir Putin
1988-ci il Sumqayıt hadisələri barədə verdiyi tarixi və hüquqi faktları əks
etdirməyən yerli-yersiz açıqlamaları sözsüz ki, Rusiya üçün siyasi nəticəyə
hesablanmış və Rusiyanın Azərbaycana qarşı ənənəvi siyasətinin tərkib hissəsidir.
Bəllidir ki, Qarabağ konfliktinin həlli Cənubi Qafqaz regionunun inkişafına və
region dövlətlərinin Rusiya təsirindən tam şəkildə çıxmağını əngəlləyən Rusiya
üçün bu günə kimi effektli bir təsir vasitəsidir. Rusiya üçün bu vasitəni itirmək onun regionda siyasi mövqeyinin
itirilməsi anlamına gəldiyindən sözsüz ki, ermənilərlə
azərbaycanlılar arasında nifaqın davam etdirilməsinə ən çox Rusiya maraqlıdır.
Bu baxımdan da, Rusiyan dövlətinin 1-ci
şəxsinin dilindən 1988-ci il Sumqayıt hadisələrini tez-tez gündəmə gətirməsi,
həmin hadisələri tam olaraq tarixə və hüquqa faktlara zidd formada dünya
ictimaiyyətinə təqdim etməsi və bu
hadisələrin nəticəsi kimi ermənilərin məcburən silaha əl atmasına haqq
qazandırması təbii ki, Rusiyanın Azərbaycana qarşı istəklərinin tam reallaşdıra
bilməməsinə sübut, gələcəkdə isə Azərbaycana
qarşı mümkün namərd planların anonsudur.
Putinin sözü gedən açıqlamaları məni bir
azərbaycanlı kimi narahat etdiyindən 21.12.2020-ci il tarixdə rəsmi
qaydada Vladimir Putinə müraciət etdim
və onun 1988-ci il Sumqayıt hadisələri barədə həqiqəti əks etdirməyən
açıqlamalrına etirazımı bildirdim və həmin Sumqayıt hadisələrinin əsl tarixi və
hüquqi faktlarını onun diqqətinə çatdırdım. Vladimir Putinə etirazım haqqında, 1988-ci il Sumqayıt hadisələri barədə əsl
həqiqətləri və eləcədə Sumqayıt hadisələri
ilə bağlı SSRİ-ın Baş Prokurorluğunun cinayət işi haqqında məlumatları
Rusiyanın 6 (altı) ən yüksək reytinqli qəzetlərinə “Moskovskiy komsomoleç”,
“Rossiyskaya qazeta”, “Kommersant”, “İzvestiya”, “Arqumentı i faktı” və
“Ekspres qazeta”-ya ünvanladım.
Rusiya prezidenti Vladimir Putinə
ünvanladığım etirazıma Rusiya
Federasiyası Prezident Administrasiyasından cavab aldım. Həmin № А26-20-И-5456271 saylı cavabda
“Rusiya Prezidentinə müraciətiniz qəbul olunub. Verdiyiniz məlumat və
fikirləriniz nəzərə alınıb”- deyə göstərilib. Həmçinin etirazımla bağlı
müraciət etdiyim Rusiyanın aparıcı mətbuat orqanlarının isə bəziləri 1988-ci il Sumqayıt hadisələri
barədə onlara ünvanladığım məlumatların
nəzərə alınacağı barədə cavab verib.
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi
24.12.2020